Cümə, 23 Oktyabr, 2026

Film təqdimatı


  • Dərc edildi: 4 İyul, 2019 - 16:03
Film təqdimatı

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə "İmadəddin Nəsimi- 650 illik DƏYƏR" adlı layihə çərçivəsində çəkilmiş sənədli filmin və qəzəllərdən ibarət audio kitabın təqdimatına dəvətlisiniz! :) Beləki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə, bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. 2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilmişdir. “Odlar Yurdu” Gənclər İctimai Birliyi olaraq fəaliyyətimizin prioritet istiqamətlərindən biri “aktiv vətəndaşlıq” çərçivəsində ölkədə həyata keçirilən, icrası aktuallıq kəsb mövzularla bağlı gənclərin maariflənməsinə xüsusi önəm verməkdəyik. Bundan irəli gələrək Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "İmadəddin Nəsimi- 650 illik DƏYƏR" adlı layihəni həyata keçirməkdəyik. Layihənin icrasında əsas məqsəd Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı rol, Nəsimi irsinin öyrənilməsi, təbliği, gənclər arasında tanıdılması və ümumi maarifləndirmə işinin təşkilindən

ibarətdir. Layihə çərçivəsində sənədli bədii-film çəkilib.11 qəzəldən ibarət audio kitabça hazırlanıb. Həmçinin Nəsimiyə aid faktları özündə əks etdirən, ingilis və azərbaycan dilində kitabça nəşr olunub. Filmin və digər məhsulların təqdimat mərasimləri aşağıdakı təqvimə uyğundur. 27 iyun 10:30 -12:00 YAP Gəncə şəhər Təşkilatı 28 İyun 10:30 -12:00 Şəmkir Gənclərin inkişafı və karyera mərkəzi 28 İyun 15:30 -17:00 Qazax Gənclərin inkişafı və karyera mərkəzi 29 İyun 10:30 -12:00 Mingəçevir Gənclər Evi 05 İyul 10:30 -12:00 Qaradağ Gənclər Evi (Bakı) 05 İyul 15:30 -17:00 Binəqədi Gənclər Evi (Bakı) 09 İyul 10:30 -12:00 Xəzər Gənclər Evi (Bakı) 09 İyul 15:30 -17:00 Sabunçu Gənclər Evi (Bakı) 10 İyul 10:30 -12:00 Suraxanı Gənclər Evi (Bakı) 12 İyul 11:30 -13:00 Bakı Konqres Mərkəzi Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçməyiniz xahiş olunur. :) Qeydiyyat linki: https://forms.gle/3KtJMuGX3UkZmAjp7 Əlaqə nömrəsi: (055) 342 43 94

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 104
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 539
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...