Bazar, 7 Sentyabr, 2025

Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına başlanılıb


  • Dərc edildi: 5 Noyabr, 2018 - 14:04
Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına başlanılıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 26-28 aprel 2019-cu il tarixlərində keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına başlayıb.
Sayca dördüncü dəfə keçiriləcək Azərbaycan Qran Prisinin təşkilatçılıq işlərinə ümumilikdə 3 min könüllünün cəlb olunması planlaşdırılır. Bir sıra yeniliklərin nəzərdə tutulduğu könüllülük proqramına seçilmək üçün namizədlərdən xarici dil bilikləri tələb olunacaq. Müraciət edənlərin sayı çox olduğuna görə seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Müsahibə mərhələsindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək. Bakı Şəhər Halqası Akademiyası könüllülərin yarışlara yüksək səviyyədə hazırlanması ilə yanaşı onların peşəkar inkişafına da diqqət göstərir. Belə ki, builki hazırlıq prosesində könüllüləri onların daha çox fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə təlimlər, bir çox fərqli mövzuda seminarlar və danışıq klubları gözləyir. Burada onlar müxtəlif sahələri əhatə edən təlimlərdə iştirak edərək, yeni məlumatlar qazana və fikir mübadiləsi apara bilərlər. Könüllülərdə komanda ruhunu artırmaq və kollektivlə işləmək bacarığını inkişaf etdirmək məqsədi ilə müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulub. Bu cür tədbirlər isə öz növbəsində sosiallıq yaradaraq onlara yeni dostlar tapmağa kömək edəcək. Bir sözlə, könüllülərin müxtəlif sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsi və gördükləri işdən zövq almaları bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisində iştirak üçün ən az 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), gərgin rejimdə işləmək bacarığı, güclü həvəs və əzmkarlıq tələb olunur. Qeyd edilən tələblərə uyğun hər kəs http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilər. Proqram haqqında daha ətraflı məlumat almaq üçün +994 12 404 13 83 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 651
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 219
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 253
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 59
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 146
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 897
2 günlük Lənkəran və...