Bazar, 7 Sentyabr, 2025

“Gənc Elçilər” - Beynəlxalq təmsilçilik proqramı


  • Dərc edildi: 20 Fevral, 2018 - 06:52
“Gənc Elçilər” - Beynəlxalq təmsilçilik proqramı

Əziz gənclər və gənclər təşkilatlarının nümayəndələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənc Elçilər” Proqramına ərizə qəbuluna start verilir. “Gənc Elçilər” Azərbaycan gənclərinin beynəlxalq təmsilçilik proqramıdır. Proqramın məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək “gənc elçilərin” yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılmasıdır.   “Gənc Elçilər” Proqramına qoşulmaqla əldə edəcəksiniz:   · Diplomatiya və təmsilçiliklə bağlı təlim və seminarlarda iştirak edərək məlumatlanma; · Beynəlxalq münasibətlər üzrə mütəxəssislər, diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdə iştirak etmək imkanı; · Müvafiq sahədə şəxsi və peşəkar bacarıqların artırılması; · Beynəlxalq tədbirlərdə ölkəni təmsil etmə imkanı; · Peşəkar və mehriban komandanın, “Gənc Elçilər Şəbəkəsinin” üzvü olmaq şansı.   “Gənc Elçilər” Proqramı öz fəaliyyətində 3T modelinə əsaslanır:   #Təlim – Gənclərin diplomatiya sahəsində təlimləndirilməsi #Təcrübə – Gənclərə təmsilçiliklə bağlı praktiki biliklərin aşılanması #Təmsilçilik – Gənclərə beynəlxalq tədbirlərdə təmsilçilik imkanlarının yaradılması   Proqram iştirakçıları üçün aşağıda göstərilən meyarlara namizədin seçimində üstünlük veriləcəkdir:   · 18-29 yaşlı Azərbaycan Respublikası vətəndaşları · İngilis dilində sərbəst danışıq qabiliyyətinə malik gənclər (əlavə dil biliyi üstünlükdür) · Ali təhsil müəssisələrində təhsil alan və ya məzun olmuş gənclər · Yüksək şəxsi keyfiyyətlərə və beynəlxalq təcrübəyə malik olan gənclər · Proqramın bütün fəaliyyət dövründə iştirak etmək imkanına malik gənclər   “Gənc Elçilər” Proqramının iştirakçıları aşağıdakı fəaliyyətlərdə iştirak edəcəklər:   · Proqramın ilkin mərhələsində keçiriləcək təlim və seminarlarda iştirak; · Diplomatik nümayəndəliklərlə görüşlərin keçirilməsi; · Gənclər siyasəti ilə bağlı keçirilən tədbirlərdə iştirak; · Proqram komandası tərəfindən verilən araşdırma işi, təbliğat və digər tapşırıqların yerinə yetirilməsi; · Beynəlxalq tədbirlərdə iştirak; · Proqramdan sonra “Gənc Elçilər Şəbəkəsi”nin ən az 1 il üzvü olmaq və fəaliyyətində iştirak etmək; “Gənc Elçilər” Proqramında iştirakçıların seçim proseduru 2 pillədə aparılacaq:   · Onlayn qeydiyyat mərhələsi. Qeydiyyat onlayn formada müraciət edən namizədin özü haqqında şəxsi təhsili və peşəkar fəaliyyətini əks etdirən məlumat bölməsini doldurulması prosesi ilə həyata keçirilir. · Müsahibə mərhələsi. Qeydiyyat mərhələsindən uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaq. Müsahibə zamanı namizədlərin müvafiq sahədə təcrübə və məlumatlılığı yoxlanılacaq. Yekun olaraq namizədlər sırasından seçilmiş gənclər proqramda iştirak hüququ qazanacaq.   “Gənc Elçilər” Proqramına qoşulmaq üçün qeydiyyatdan keçin.   Qeyd: Qeydiyyat formunu ingilis dilində doldurmağınız tələb olunur. http://www.nayora.az/announcements2,205/lang,az/ Son Qeydiyyat tarixi: 5 mart 2018-ci il.  

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 645
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 217
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 251
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 58
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 145
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 896
2 günlük Lənkəran və...