Cümə, 5 Sentyabr, 2025

“Gənc Mülki Müdafiəçilər” düşərgəsi başlayıb


  • Dərc edildi: 13 Sentyabr, 2023 - 00:48
“Gənc Mülki Müdafiəçilər” düşərgəsi başlayıb

  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə vətəndaş cəmiyyətinin fövqəladə hallara effektiv cavab verməsi, gənclərdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, onların mülki müdafiə sahəsində biliklərinin, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə “Gənc Mülki Müdafiəçilər” düşərgəsi təşkil olunub. EduOnline.Az xəbər verir ki, düşərgədə iştirak edən 100 nəfər gənc mülki müdafiə və fövqəladə hallarla mübarizənin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki təlimlərə cəlb olunacaqlar. Bu çərçivədə, “Gənc Mülki Müdafiəçilər” düşərgəsinin iştirakçıları kollektiv mühafizə qurğularından istifadə, yanğın təhlükəsizliyinin təmin olunması, çadır şəhərciyinin qurulması, axtarış-xilasetmə işinin təşkili, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi, xilasetmə alət və avadanlıqlardan istifadə qaydaları və digər sahələr üzrə nəzəri və praktiki biliklərə yiyələnəcəklər. Qeyd edək ki, təlimlər Fövqəladə Hallar Nazirliyinin yüksək ixtisaslı əməkdaşları tərəfindən keçirilir. Ümumilikdə 5 gün müddətində keçirilməsi nəzərdə tutulan layihəni uğurla başa vuran iştirakçılara Fövqəladə Hallar Nazirliyi və “İRƏLİ” İctimai Birliyi tərəfindən müvafiq sertifikat təqdim ediləcək və bu gənclər fövqəladə hallar zamanı könüllü surətdə iş prosesində yaxından iştirak edə biləcəklər. Düşərgənin ilk günü ilə bağlı hazırlanmış videoçarxı aşağıdakı keçid vasitəsilə izləmək mümkündür: https://www.youtube.com/watch?v=mEVtfjYlPso&t=2s  

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 235
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...