Bazar ertəsi, 8 Sentyabr, 2025

GƏNCƏDƏ “ATALAR VƏ QIZLAR” FESTİVALI KEÇİRİLƏCƏK!


  • Dərc edildi: 4 Mart, 2018 - 00:36
GƏNCƏDƏ “ATALAR VƏ QIZLAR” FESTİVALI KEÇİRİLƏCƏK!

Əziz gənc atalar və qızları, 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Atalar və Qızlar” festivalı 11 mart 2018-ci il tarixində Gəncə şəhərində keçiriləcək. Sizi adı çəkilən festivalda iştirak etməyə dəvət edirik. Festival müddətində müxtəlif şou, əyləncə proqramlar və hədiyyələr sizi gözləyir. Buyurun gəlin! Ailənizlə yadda qalan və fərqli bir həftəsonu keçirmək, eləcədə övladınıza əyləncə dolu bir gün yaşatmaq istəyirsinizsə bizə qoşulun. Qız övladlarının dəyərinin təbliğ olunmasına dəstəyinizi nümaiş etdirin! Gün ərzində fasiləsiz keçiriləcək müsabiqə və yarışlar Sizi gözləyir.
  • Pazl yarışı
  • Mim
  • Kloun və animator şousu
  • Sehirbaz şousu
  • "Face art" çəkilişi
  • Oriqami master klası
  • Rəsm yarışması
  • Saç hörmə yarışı
  • Kukla teatrının əməkdaşlarının çıxışları
  • “Səssiz film” oyunu
  • “Xəbəri uşaqdan al” oyunu
  Həmçinin festival çərçivəsində müxtəlif viktorinalar keçiriləcək və qaliblərə hədiyyələr təqdim olunacaq. Festival 11 mart 2018-ci il tarixində Gəncə şəhəri, Gəncə park-bulvar kompleksi. Azərbaycan bayrağı küçəsi​ndə hazırlanacaq festival ərazisində keçiriləcəkdir. Festivalın əsas məqsədi müxtəlif fəaliyyətlərin təşkil olunması ilə yanaşı ata və qız övladı arasında emosional və mənəvi əlaqələrin artırılması, ata və qız övladlarının birgə vaxt keçirilmələrinə mühitin yaradılmasıdır. Festival, Niderland Krallığının Azərbaycandakı Səfirliyinin və Avropa İttifaqının maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən birgə “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi və Oğlan Uşaqlarına Verilən Üstünlüyünün Qarşısının Alınması və Qızların Dəyərinin Təbliği üzrə Qlobal Proqramın çərçivəsində həyata keçirilir.
Əlaqələndirici şəxs: Pərvin Qasımov
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 30
Tel: 012 440 16 31
Fax: 012 440 16 27
Ünvan: Gəncə park-bulvar kompleksi. Azərbaycan bayrağı küçəsi

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 671
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 223
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 256
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 61
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 147
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 898
2 günlük Lənkəran və...