Cümə axşamı, 9 Aprel, 2026

Gənclər “Vətən bizdən başlayır” deyir


  • Dərc edildi: 4 Noyabr, 2021 - 12:10
Gənclər “Vətən bizdən başlayır” deyir

Oktyabrın 19-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, Sumqayıt Gənclər Evi, Sumqayıt Gənclər Klubu və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı, Sumqayıt Musiqi Kolleci və Sumqayıt Dövlət Texniki Kollecinin təşkilati dəstəyi ilə “Vətən bizdən başlayır” adlı tədbir baş tutub. 44 günlük Vətən Müharibəsinə həsr olunmuş tədbirdən öncə təşkilatçılar Sumqayıt şəhər Şəhidlər Xiyabanını ziyarət etmiş, şəhidlərin məzarları üstünə qərənfillər düzərək qəhrəmanlarımızın unudulmaz xatirəsini hörmət və ehtiramla anmışlar. 100-dən çox gəncin iştirak etdiyi tədbir dövlət himninin oxunması və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb, gənclərin vətənpərvərlik mövzusunda hazırladığı səhnəciklər, canlı ifalar, videoçarx, şeirlər və digər kompozisiyalar təqdim olunub. İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxışı zamanı Azərbaycan gəncliyinin son dövrlərdə qazandığı uğurlardan, ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə etdiyi şanlı qələbədən danışıb. Milli Məclisin deputatları Hic

ran Hüseynova və Müşfiq Məmmədli gənclərə uğurlar arzulayıb, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmizin gənclərin tərbiyə işində əsas rol oynamalı olduğunu qeyd edib, Prezident İlham Əliyevin uğurlu gənclər siyasətindən bəhs ediblər. Şəhid Tərlan Rzayevin anası Simnarə xanım çıxışında gənclərin vətənpərvər ruhda yetişdirilməsinin vacibliyini vurğulayaraq, şəhidlərin xatirəsinin yaşadılması üçün bu tipli silsilə tədbirlərin vacib olduğunu qeyd etmişdir. Daha sonra çıxış edən qazi Nicat İsmayılov Vətən Müharibəsi dövründə xüsusi rəşadət göstərmiş Azərbaycan ordusunun misilsiz hərbi əməliyyatları barədə tədbir iştirakçılarına məlumat vermiş, Ali Baş Komandanın rəhbərliyi altında müharibənin hərbi-siyasi yollarla həll edildiyini, Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını qürur hissi ilə vurğulamışdır. Tədbirin bədii hissəsində Sumqayıt Gənclər Klubunun sədri Emil Məmmədov “Vətən bizdən başlayır” təqdimatını etmiş, Tunar Əhmədzadə əsgər məktubu, Aliyə Əlizadə Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasından bir hissə səsləndirmişdir. Daha sonra Qəşəm Cəfərovun ifasında “Torpağın səsi” mahnısı və Sumqayıt Musiqi Kollecinin tələbələrinin ifasında “Xudayar Təsnifi” ilə tədbirin bədii hissəsi yekunlaşmışdır.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 340
Məktəblilər üçün "FI...