Gənclər XƏTDƏ-yə qoşul! İnformasiya və texnologiyalar dövrü olan 21-ci əsrdə onlayn fəaliyyətlərin, bu fəaliyyətlə maraqlanan insanların günü gündən artması, öz gələcək karyeralarını bu sahədə qurmaq istəyən gəncləri və onların bu yolda məqsəd fəaliyyətlərini daha yaxşı planlaşdırması üçün“Gənclər XƏTDƏ” konfransının qeydiyyatını iştirakçılar üçün açıq elan edirik! “Gənclər XƏTDƏ” konfransı Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XƏTDƏ Proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10 fevral 2018-ci il saat 09:00-da Port Bakuda yerləşən “The Club”-da baş tutacaq.. Digər ölkələrə nəzər yetirsək görərik ki, onlayn bizneslər, bu bizneslə məşğul olanlar, sosial mediadan professional şəkildə istifadə edənlərin sayı bizim ölkəmizə nisbətən daha çoxdur. Ölkəmizdə yeni olmasına baxmayaraq bu sahələrə təlabat həddindən artıq çoxalmağa başlamışdır. Bu sahədə gənclərin daha çox maarifləndirilməsi, onların dəstək və motivasiya olunması, onlara maraqlı olan və sual yaradan fikirlərə cavab tapılması onların gələcək fəaliyyətlərinə müsbət təsir edəcəkdir. Odur ki, bu konfransın təşkili gənclərimiz, eyni zamanda ölkəmiz üçün zəruri və faydalıdır. Gənc yaşlarımızda maraqlı olduğumuz bir neçə sahələr olur və ya müəyyən etdiyimiz sahədə öz fəaliyyət planlarımızı qurmaqda çətinlik çəkirik. Və çətinliklər çəkdiyimiz, boşluqlarımızın olduğu bu yolda bizə məsləhətlər, motivasiya edəcək fikirlər lazım olur. Bu fikirləri və məsləhətləri bizimlə “Gənclər XƏTDƏ!” konfransı çərçivəsində bu sahədə öz sözünü demiş və biznesini qurmuş şəxslər bölüşəcək. Nələr qazanacaqsınız?
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb