Cümə, 23 Oktyabr, 2026

“Gənclərin tədqiqat bacarıqlarının artırılması” layihəsi


  • Dərc edildi: 4 Fevral, 2023 - 00:24
“Gənclərin tədqiqat bacarıqlarının artırılması” layihəsi

Əziz gənclər! Tədqiqat və araşdırma üzrə yeni biliklər və bacarıqlar əldə etmək istəyən gənclər üçün “Gənclərin tədqiqat bacarıqlarının artırılması” layihəsini təqdim edirik. Sözügedən layihə ölkəmizdə tədqiqat mədəniyyətinin gücləndirilməsini və gənclərin tədqiqat və araşdırma bacarıqlarının artırılmasını hədəfləyir. Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində müraciətçilər arasından seçilmiş 20 gənc üçün təlimlər təşkil oluncaqdır. Təlimlər aşağıdakı mövzuları əhatə edəcəkdir: Elmi işlərin yazılmasında müasir yanaşmalar; Tədqiqat təklifinin və sualının formalaşdırılması; Məlumatların toplanması və analizi; Akademik məqalənin yazılması qaydaları; Tədqiqat aparmaq üçün keyfiyyət və kəmiyyət metodologiyası. Əgər siz də bu layihədə iştirak edərək tədqiqat aparmaq üzrə bilik və bacarıqlarınızı gücləndirmək istəyirsinizsə o zaman qeydiyyatdan keçməyə tələsin. Layihə 11 fevral 2023-cü il tarixind

ə saat 11:00-18:00-da Bakı şəhərində həyata keçiriləcəkdir. Layihədə iştirak ödənişsizdir! Son qeydiyyat tarixi: 07 fevral 2023-cü il Qeydiyyat linki: https://forms.gle/TzCHewDCv1c2ZsSa7 Qeydiyyatdan uğurla keçmiş namizədlərlə layihədə iştirakla bağlı qeyd etdikləri e-poçt vasitəsi ilə əlaqə saxlanılacaqdır. Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalib layihələrindən biridir və Azərbaycan Respublikasının Gənclər Fondu və “Erasmus Tələbə Şəbəkəsi-Azərbaycan” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 104
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 538
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...