Bazar ertəsi, 3 Noyabr, 2025

“Gəncliyin səsi” festivalı keçiriləcək


  • Dərc edildi: 28 Yanvar, 2018 - 00:15
“Gəncliyin səsi” festivalı keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin “2 fevral - Gənclər günü kimi qeyd olunması haqqında” Sərəncamına, habelə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2-6 fevral 2018-ci il tarixində ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcəkdir. Festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. 2016-cı ildən etibarən sözügedən festival Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə keçirilir. Cari ildə “Gəncliyin səsi” festivalının “ASAN Könüllüləri” Təşkilatı ilə birlikdə Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarında keçirilməsi planlaşdırılır. Eyni zamanda festivalın açılış mərasimində istedadlı gənclərin mükafatlandırılması nəzərdə tutulmuşdur. Festival çərçivəsində keçiriləcək tədbirlər:   2 fevral 2018-ci il, saat – 11:00 Festivalın açılışı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı   3 fevral 2018-ci il, saat – 12:00 Gənc yazarlarla görüş M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası   3 fevral 2018-ci il, saat – 14:00 Prezident təqaüdçülərinin konserti Gənclərin rəsm əsərlərindən ibarət sərgi Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi   3 fevral 2018-ci il, saat – 15:00 Gənc rejissorlarla görüş və onların filmlərinin nümayişi Gənclərin fotoəsərlərindən ibarət sərgi Masallı “Asan həyat” Kompleksi   3 fevral 2018-ci il, saat – 16:00 “ASAN Könüllüləri”nin təqdimatında “Kölgə” tamaşasının premyerası Mingəçevir Dövlət Dram Teatrı   5 fevral 2018-ci il,saat – 15:00 Gənc aşıqların konserti Gədəbəy Aşıq Məktəbi   5 fevral 2018-ci il, saat – 16:00 Gənc yazarlarla görüş Şəmkir rayon Mədəniyyət Mərkəzi   5 fevral 2018-ci il, saat – 15:00 Gənc rejissorlarla görüş və onların filmlərinin nümayişi Gənclərin fotoəsərlərindən ibarət sərgi Quba “Asan həyat” Kompleksi   6 fevral 2018-ci il, saat – 19:00 “ASAN Könüllüləri”nin təqdimatında “Bankir adaxlı” tamaşasının premyerası Azərbaycan Dövlət Musiqili Teatrı  

Ən Son Məqalələr

Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 339
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 381
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 53
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 57
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 52
“İkiqay” əsərinin mü...
Dövlət İmtahan Mərkəzində Könüllülük Qeydiyyatı davam edir
19 Oktyabr, 2025 - 17:04 223
Dövlət İmtahan Mərkə...