Cümə, 5 Sentyabr, 2025

Genetikayla bağlı maarifləndirici 24


  • Dərc edildi: 2 Mart, 2018 - 01:37
Genetikayla bağlı maarifləndirici 24

Əziz gənclər! Əgər sizi “Genetikada baş verən ən son yeniliklər nələrdir?”, “Dünya üzrə hazırda hansı genetik yeniliklər mövcuddur?”, "Genetikadakı müasir meyllər və kəşflər nələrdir?", "Azərbaycanda bu sahə üzrə son illərdə əldə edilmiş hansı nailiyyətlər var?" kimi suallar maraqlandırırsa, o zaman hər birinizi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçiriləcək Genetika təlimlərinə dəvət edirik. Layihə çərçivəsində iştirakçılar gənc alimlərin dəstəyi ilə müasir genetika elmi ilə yaxından tanış olub, bu istiqamətdə fikir mübadiləsi aparacaqlar. İştirakçılar layihə müddətində həmçinin qrup şəklində işləmə, qrupun idarə edilməsi, informasiya mubadiləsinin aparılması və liderlik qabiliyyətlərini inkişaf etdirmə şansını da əldə edəcəklər. Layihə 04.03.2018-ci il tarixindən (bazar günü) başlayaraq hər həftənin bazar günü olmaqla 3 həftə davam edəcəkdir. Təlimlər "Loqos" Psixoloji və Nitq İnkişafı Mərkəzinin Azadlıq filialında (Azadlıq metrosu yaxınlığı) həyata keçiriləcəkdir. Təlimin mövzusu və təlimçi haqqında ətraflı məlumatlar növbəti günlərdə geniş şəkildə paylaşılacaq. Layihədə ixtisasından asılı olmayaraq genetikaya marağı olan bütün gənclər və yuxari sinif şagirdləri iştirak edə bilər. Müraciət etmək istəyən gənclər özləri haqda aşağıdakı məlumatları genetika.telimleri.qeydiyy[email protected] emailina göndərərək qeydiyyatdan keçə bilərlər: 1. Ad, soyad, ata adını 2. Təhsil aldığı (bitirdiyi) ali (orta) məktəbin tam adını 3. İxtisasını (varsa) 4. Əlaqə nömrəsini (mobil) 5. Layihədən gözləntilərini (100 sözdən çox olmamaq şərtilə) Seçilmiş iştirakçılara bu haqda məlumat e-mail vasitəsilə bildiriləcəkdir, bu səbəbdən e-mailınızı mütəmadi olaraq diqqətdə saxlamağınız xahiş olunur. Qeydiyyat üçün son tarix: 02 mart, saat 23:59-dur. Təlimlərdə iştirak ödənişsizdir. Təlim zamanı yarana biləcək yorğunluğu aradan qaldırmaq üçün çay-kofe fasiləsi nəzərdə tutulmuşdur. Layihənin sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar və həmçinin fəal iştirakçılara maraqlı hədiyyələr təqdim olunacaqdır. Layihə rəhbəri: Ayişə Sadıqova Əlaqə üçün: [email protected] Tərtibatçı-dizayner: Pakizə Paşayeva

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 391
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 189
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 241
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 139
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 892
2 günlük Lənkəran və...