Bazar, 7 Sentyabr, 2025

"Gündəlik seçimlərimizin ətraf mühitə təsiri"- Tədbir


  • Dərc edildi: 4 Aprel, 2018 - 16:47
"Gündəlik seçimlərimizin ətraf mühitə təsiri"- Tədbir

Gündəlik həyatımızda istifadə etdiyimiz qida, kosmetik və təmizləyici vasitələri seçərkən ilk növbədə sağlamlığımızı və büdcəmizi düşünürük. Bəs seçimlərimiz ətraf mühit üçün nə dərəcədə zərərsizdir? Qidalanma tərzimiz və qida seçimlərimizdə doğru bildiyimiz yalnışlar hansılardır? Vegetarianlığın və veqanlığın ətraf mühitə faydalı olması doğrudurmu? Seçim edərkən ətraf mühitə vurduğumuz zərərləri minimuma endirmək üçün hansı kiçik addımları ata bilərik? Bu və digər suallara cavab tapmaq istəyirsinizsə, “Təbiət Dostları Gənclər İctimai Birliyi"nin "Gündəlik seçimlərimizin ətraf mühitə təsiri" adlı tədbirinə qatıla bilərsiniz. Spikerimiz gənc ekoloq, veqan bloqger Turana Nuri mövzu ilə bağlı suallarımızı cavablandıracaq. Bundan əlavə, gənc xanım bizi yulafdan südün hazırlanması üsulu ilə tanış edəcək. (Turana Nurinin bloquna aşağıdakı keçiddən daxil ola bilərsiniz: https://happyveganaze.blogspot.com/) ▶ Giriş sərbəstdir --------------------------------- ? 9 Aprel 2018 ? 19:00 ? Baku IdeaLab ▶ ƏLAQƏ: Tədbirlə bağlı əlavə sualınız olarsa,“Təbiət Dostları”nın Facebook səhifəsinə yazın. ▶ QEYDİYYAT: Yerlər məhdud olduğundan Sizdən aşağıdakı keçidə daxil olub qeydiyyatdan keçməyinizi xahiş edirik. Sizinlə 8 aprel tarixində əlaqə saxlayıb iştirakınızı təsdiqləyəcəyik: ▶▶▶ https://goo.gl/forms/b6zIniLqZJHpCGod2 Əlavə olaraq: "Yaşıl İçki" (Green Drinks) nədir? deyənlər üçün: "Yaşıl İçki"dünyanın bir çox ölkələrində təşkil edilən, ekologiya və ətraf mühitə marağı olanların bir araya gəlib tanış olduqları və ortaq mövzularda fikir paylaşdıqları qeyri-rəsmi şəbəkə görüşləridir. Baku İdeaLab ünvanı: https://www.facebook.com/bakuidealab/

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 645
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 217
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 251
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 58
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 145
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 896
2 günlük Lənkəran və...