Bazar, 7 Sentyabr, 2025

Green Economy Leadership Training Course


  • Dərc edildi: 20 Yanvar, 2019 - 02:28
Green Economy Leadership Training Course

Dəyərli Gənclər, AYAFE, AIESEC ilə birgə, dekabr-yanvar ayları ərzində həyata keçirəcəyi “Green Economy Leadership” adlı təlimlər silsiləsinə qeydiyyat elan edir. Təlimlər xarici təlimçilər tərəfindən həyata keçiriləcək. Təlimlər ingilis dilində keçiriləcək, lakin təlim zamanı sinxron tərcümə təşkil olunacaq (yəni İngilis dili biliyi olmayan şəxslər də müraciət edə bilərlər. Yaşıl İqtisadiyyatda liderlik: İqtisadi inkişaf nəticəsində bir tərəfdən texnoloji yeniliklərin enerjiyə tələbatı, digər tərəfdən isə məişət və sənaye tullantılarının, çirkab suların həcminin artması da müşahidə edilməkdədir. Hazırda adıçəkilən sahələrin idarə olunması, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii şəraitdə yaşaması, təbii sərvətlərdən dünya əhalisinin rifahı naminə daha dolğun istifadə olunması kimi məsələlər əsas prioritetlərdir və belə olduqda ortaya yeni anlayış - "yaşıl iqtisadiyyat" anlayışı çıxır. Bu təlim kursu gənclərin bu sahədə biliklərini artırmaq və həmçinin liderlik bacarıqlarını inkişaf etdirmək məqsədilə həyata keçirilir. Təlimlər, yeniliyə açıq və uğurlu karyera planları olan bütün gənclərimizin üzünə açıqdır və tamamilə ödənişsizdir. Təlimlər 25, 27 və 30 yanvar tarixlərində keçiriləcək. İştirakçı sayı məhduddur. Qeydiyyatdan keçmək üçün aşağıda (↓↓↓) yerləşdirdiyimiz link`ə daxil olmalısınız. Qeydiyyat üçün link: https://goo.gl/forms/pjx4fdPx7MzF5km02 Qeyd 1: İştirak haqqı qazanmış iştirakçılarla yanvarın 24-nə qədər, qeydiyyatdan keçərkən istifadə etdikləri e-mail vasitəsilə və ya telefonla əlaqə saxlanılacaq. Qeyd 2: Minimum 2 təlimdə iştirak etmiş iştirakçılara sertifikat təqdim olunacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 645
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 217
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 251
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 58
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 145
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 896
2 günlük Lənkəran və...