Cümə axşamı, 9 Aprel, 2026

"Hisslər və Rəsmlər" - Həvəskar rəssamların təsviri sənət sərgisinə əsər qəbulu elan edilir


  • Dərc edildi: 28 Yanvar, 2023 - 22:48
"Hisslər və Rəsmlər" - Həvəskar rəssamların təsviri sənət sərgisinə əsər qəbulu elan edilir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Hisslər və Rəsmlər" adlı təsviri sənət sərgisinə əsər qəbulu elan edilir.
Sərgidə mövzu, ölçü və texnika sərbəstdir və müsabiqədə 18 yaşdan yuxarı vətəndaşlar iştirak edə bilər.
Sərgiyə təqdim olunan əsər(lər)in fotoları ilə bərabər ad, soyad, əsərin adı, əsərin ölçüsü, texnikası və əlaqə nömrəsinin [email protected] emailinə göndərilməsi xahiş olunur.
Bir müəllif tərəfindən ən çox 3 əsər göndərilə bilər. Əsərlər əvvəlcədən elan olunmuş seçim heyyəti tərəfindən seçiləcək. Müraciət üçün son tarix 25 fevral 2023-cü ildir.
Qeyd edək ki, əsəri seçilmiş müəlliflərin siyahısı Xətai Sənət Mərkəzinin media hesablarında yayımlanacaq. Bir müəllifin 1 və ya 2 əsəri sərgilənə bilər. Əsəri seçilmiş müəlliflərə sertifikat təqdim olunacaq.
Bundan əlavə, sərgidə iştirak edəcək
Ən yaşlı müəllif;
Seçim heyyətinin seçdiyi ən yaxşı əsərin müəllifi;
Ən yaxşı tələbə əsərinin müəllifi;
Tamaşaçıların seçdiyi ən yaxşı əsərin müəllifi də hədiyyə ilə təltif olunacaq.
Əlavə suallar üçün (051) 310 74 01 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...