Cümə, 5 Sentyabr, 2025

İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu keçirilib


  • Dərc edildi: 10 Sentyabr, 2018 - 14:11
İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu keçirilib

Yeni təhsil ilinin başlaması münasibətilə və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına dəstək olaraq ölkəmizdə ilk dəfə olaraq 1300 müəllim, professor və elm xadiminin iştirakı ilə İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu keçirilib. Forum “Çinar Yayımları” nəşriyyatının təşəbbüsü və Nəsimi rayon İcra hakimiyyəti, Müasir İnnovasiyalar Liseyivə Proaktivşirkətinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə filologiya elmləri doktoru, professor Zahid Xəlil, MİL liseyinin direktoru Sevinc Əliyeva, Əməkdar müəllim, Tərəqqi medalı laureatı Lalə Qəti, Azərbaycan Uşaq Fondunun sədri Aqil Məhərrəmov və təhsil sahəsində öz sözünü demiş digər ekspertlər iştirak etmiş, öz təcrübələrini bölüşmüşlər. “Çinar Yayımları” nəşriyyatının təsisçisi və direktoru Bəhram Oruclu bildirib ki, layihənin məqsədi təhsil sahəsində olan ən son yeniliklərin müzakirəsi üçün yeni platforma yaratmaqdır. Tədbir bədii hissə ilə davam edib. Forum zamanı 1860-cı ildə Auqusto Boal tərəfindən əsası qoyulan forum teatrı Bakı Uşaq Teatrının ifasında Cəlil Məmmədquluzadənin “Buz” hekayəsi əsasında ilk dəfə olaraq təqdim olunub, tamaşaçılar birbaşa layihənin iştirakçısına çevrilib. “Təməlində sevgi var” şüarı ilə fəaliyyət göstərən “Çinar Yayımları” nəşriyyatının Biznesin İnkişafı Departamentinin direktoru Əli Hənifəyev öz növbəsində bütün iştirakçıları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, “Müəllim Evi” “Texno Çinar”, “Çinar ATOM” və “Çinar Sınaq İmtahanı” layihələrini təqdim edib.

Qeyd edək ki, layihə Odlar Yurdu universiteti,Okulistik Təhsil şirkətinin (Türkiyə, İstanbul) Azərkitab,Bakı Britaniya Məktəbi (“British School in Baku”, Böyük Britaniya), İstanbul Aydın Universiteti (Türkiyə, İstanbul), Montro Biznes Məktəbi (İsveçrə, Montro) akademik dəstəyi və Müəllim Hazırlıq Mərkəzi (MHM), Maxofset mətbəəsi, Ofisait mağazalar şəbəkəsi, EduGrata təhsil mərkəzi, ABC Tədris və İnkişaf Mərkəzinintərəfdaşlığı ilə təşkil olunub. Ölkəmizdə ilk dəfə keçirilən İSMF-nin (İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu) təşəbbüskarı olan“Çinar Yayımları” MMCölkəmizin gələcəyi olan uşaqlar üçün yüksək texnologiya və müasir standartlara uyğun keyfiyyətli dərs vəsaitləri nəşr edir. “Təməlində sevgi var” şüarı ilə fəaliyyət göstərən nəşriyyat mütəmadi olaraq şagird və müəllimlər üçün müxtəlif sosial, interaktiv layihələr, beynəlxalq standartlara uyğun sınaq imtahanlarıhəyata keçirir. Daha ətraflı: Tel.: (+99455) 224 56 26 www.cinaryayimlari.com www.facebook.com/cinaryayimlari www.instagram.com/cinar_yayimlari

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 235
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...