Çərşənbə, 3 Sentyabr, 2025

23iniz ilə Hakatona qatılın və 3000 AZN Mükafat Qazanın!


  • Dərc edildi: 19 Sentyabr, 2023 - 08:49
23iniz ilə Hakatona qatılın və 3000 AZN Mükafat Qazanın!

“INNOLAND”də “NASA Space Apps Challenge” hakatonu keçiriləcək 7-8 oktyabr tarixində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “NASA Space Apps Challenge” hakatonu keçiriləcəkdir. Müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə reallaşdırılacaqdır. Hakatonun məqsədi qlobal əhəmiyyətli prioritet istiqamətlərdə qeyd olunan mövzulara dair açıq mənbəli həllər yaratmadır. Eyni zamanda müvafiq sahələrin elmi tədqiqinə maraq oyatmaq, yeni nəsil alimlərin, texnoloqların, dizaynerlərin və mühəndislərin böyüməsini və müxtəlifliyini təşviq etmək əsas hədəflərdir. Müsabiqədə iştirak üçün komandalar layihə rəhbəri və bir nəfər proqram təminatçısı da daxil olmaqla 14 yaşdan yuxarı 3-4 nəfər üzvdən ibarət olmalıdırlar. Tələblərə cavab verən komandalar 36 saat ərzində hakatonun əsas mövzuları olan iqlimin idarəolunması, təhsil texnologiyaları, yanğınların idarəolunması, virtual və artırılmış reallıqlar, sosial layihələr istiqamətlərində tapşırıqları həll edəcəklər. Yekunda orijinallığı, konseptləri, ixtiraçılığı ilə fərqlənən, yaradıcı problem həlli və qeyri-standart düşünmə nümayiş etdirən həllər yüksək qiymətləndiriləcəkdir. Qaliblər ilk 3 yer üzrə qiymətləndiriləcək və müvafiq olaraq 3000 AZN, 2000 AZN, 1000 AZN ilə mükafatlandırılacaqlar. Hakatona qoşulmaq və texniki tələblərlə tanış olmaq üçün keçid: https://www.spaceappschallenge.org/2023/locations/baku/

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 60
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 222
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 41
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 132
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 882
2 günlük Lənkəran və...
Lənkəranda Ödənişsiz 3 günlük Düşərgə - Konfrans: "Uşaq hüquqlarının pozulmasına səbəb olan məişət zorakılığına qarşı mübarizə"
04 Avqust, 2025 - 22:12 260
Lənkəranda Ödənişsiz...