Bazar, 7 Sentyabr, 2025

“IoT – Əşyaların İnterneti: İnformasiya Texnologiyalarının Əsasları” mövzusu üzrə seminar


  • Dərc edildi: 7 Dekabr, 2018 - 22:25
“IoT – Əşyaların İnterneti: İnformasiya Texnologiyalarının Əsasları” mövzusu üzrə seminar

Azərbaycan Elm Assosiasiyası Qafqaz Point Hotel-də 9 dekabr 2018-ci il tarixində saat 11:30-da “IoT – Əşyaların İnterneti: İnformasiya Texnologiyalarının Əsasları” mövzusu üzrə seminar keçirəcək. “Əşyaların İnterneti” sensorlarla və birlikdə işləmək üçün internetlə təmin olunmuş, bizim nə etdiyimizi bilən və avtomatik çalışıb bizim həyatımızı asanlaşdıran gündəlik cihazların nəhəng sistemidir. Bu elə bir sistemdir ki, internetə çıxışı olan bütün obyektlər bir-biri ilə unikal tanışlıq və informasiyanı bir-birinə internet üzərindən ötürmək imkanı ilə təmin olunub. Başqa sözlə, bu sistemdə insan-insan və ya insan-kompüter əlaqəsinə ehtiyac olmur. Əgər hər hansısa bir cihaz və ya obyektin internetə çıxışı varsa onu “Əşyaların İnterneti”nin bir hissəsi hesab etmək olar. Seminar çərçivəsində IoT-də istifadə olunan texnologiyalar və modullar haqqında məlumat veriləcək. Eyni zamanda IoT simulyatorları barədə də danışılacaq. Son olaraq, smart sensorlar və onların IoT-də yeri mövzusuna toxunulacaq. Təqdimatçı – Anar Mansurov Məkan – Qafqaz Point Hotel Tarix – 9 dekabr 2018-ci il Saat – 11:30-13:00 İştirak pulsuzdur. Qeydiyyat tələb edilmir. Nəqliyyat: Elmlər metrosu 2, 3, 6, 11, 18, 39, 53, 77 nömrəli avtobuslar

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 645
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 217
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 251
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 58
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 145
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 896
2 günlük Lənkəran və...