Cümə, 5 Sentyabr, 2025

"İrəliləyİş" layihəsi - Təlimlər və təcrübə proqramlarında iştirak şansı!


  • Dərc edildi: 10 Sentyabr, 2022 - 04:28
"İrəliləyİş" layihəsi - Təlimlər və təcrübə proqramlarında iştirak şansı!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə "İrəliləyİş" layihəsinə start verilib. Layihənin məqsədi ölkədə fəaliyyət göstərən şirkət və təşkilatlarda beynəlxalq normalara uyğunlaşan təcrübə proqramları formalaşdırmaq və yüksək potensiallı gənclərin karyera bacarıqlarını inkişaf etdirmək üçün həmin təcrübə proqramlarında iştirakını təmin etməkdir. Layihə çərçivəsində 1500 ali və ya orta-ixtisas təhsilini bitirən, 29 yaşadək işsiz gənc təlimlərdə və təcrübə proqramlarında iştirak etmək imkanı qazanacaq. Onlara “Əmək bazarının tələbləri”, “Düzgün CV/Rezyume hazırlanması”, “Müsahibəyə hazırlıq”, “Natiqlik və təqdimat bacarıqları”, “Şəxsi-brendinq”, “İstək və rəsmi e-məktubların yazılması”, “Tənqidi düşüncə və problemlərin yaradıcı həlli”, “Vaxtın idarəedilməsi”, “Liderlik və komanda işi”, “Ünsiyyət bacarıqları və böhran idarəetməsi” və s. mövzularda təlimlər keçiriləcək. Təlimləri uğurla bitirən gənclər daha sonra şirkətlərdə 2 aylıq təcrübə proqramlarında iştirak edəcəklər. Layihədə iştirak etmək istəyən namizədlərin aşağıda qeyd edilən "Müraciət et" düyməsinə keçid edərək müraciət formasını doldurması ilk şərtlərdəndir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 232
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 161
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...