Cümə axşamı, 9 Aprel, 2026

İşıq Olsun (Let There Be Light) filminin nümayişi


  • Dərc edildi: 16 Oktyabr, 2018 - 21:50
İşıq Olsun (Let There Be Light) filminin nümayişi

“Məncə, saatda yüz kilometr sürətlə kərpic divara doğru gedirik və bu heç kəsin vecinə deyil.” Bu, dünyanı təmiz, təhlükəsiz və tükənməz enerji mənbəyi ilə təmin etmək tələbatının necə təcili olduğunu çatdırmaq istəyən bir alimin sözləridir. Hökümət başçıları iqlim razılaşmaları ilə bağlı çəkişir, elektrik maşınlar düşündüyümüzdən daha az təmiz çıxır və istehlak hələ də Qərb cəmiyyətinini irəli aparan güc olaraq qalır. Bu arada, Cadarache araşdırma və inkişaf mərkəzində işləyən beynəlxalq alim qrupu İTER-i (Beynəlxalq Termonüklear Təcrübə Reaktoru – ing. International Thermonuclear Experimental Reactor) tikməklə məşğuldurlar. İTER gələcəkdə atom birləşməsindən istifadə edərək böyük miqdarda enerji istehsal edəcək bir növü süni ulduz olacaq qurğudur. Atom birləşməsi kimi (atam parçalanması ilə qarışdırılmamalı olan) qəliz prosesi anlaşılan etmək üçün film bir sıra vasitədən istifadə edir: infoqrafika, arxiv görüntüləri, tarixi xülasə, animasiya və bu mövzuda çalışan bir sıra alimlə müsahibələr. Film İTER layihəsinə mümkün olan bütün bucaqlardan nəzər salır: elmi zəfər, son dərəcə çətin texnoloji problem, həmçinin, bahalı layihə və öz maraqları üçün çalışan ölkələrin yaratdığı təşkilati başağrısı. Treyler: https://www.youtube.com/watch?v=IicYGhFEII8 Film ingilis, fransız, alman, italyan dillərində, azərbaycan və ingilis altyazısı ilə göstəriləcək. Giriş pulsuzdur. 18 oktyabr 19:00 – 21:00 Baku IdeaLab

fcg">Jafar Jabbarly 44, Caspian Plaza III, floor 3, Bakı
------------------------------------------------------------------------------ “I think we are going a hundred miles an hour into a brick wall and nobody seems to be paying much attention.” This is how one scientist describes the urgent necessity of providing the world with a clean, safe and inexhaustible source of energy. Heads of state are bickering over climate agreements, electric cars are turning out to be less green than we thought, and consumption is still the engine powering Western society. Meanwhile, an international group of scientists at the Cadarache research and development center in the south of France are working on constructing the ITER (International Thermonuclear Experimental Reactor), a kind of artificial star that will eventually produce a lot of energy using nuclear fusion. To make the complicated process of nuclear fusion (not to be confused with nuclear fission) easier to understand, the makers of this attractively designed and extremely well-documented film make use of an effective range of tools: infographics, archive footage, historical overviews, animations and several interviews with enthusiastic scientists. Let There Be Light examines the ITER phenomenon from all possible angles: as a scientific triumph and a technological challenge, but also as a costly undertaking and organizational monstrosity in which each participating country tries to safeguard its own interests. Trailer: https://www.youtube.com/watch?v=IicYGhFEII8 The film will be screened in English, French, Italian and German with Azerbaijani and English subtitles. Entrance is free.  

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...