Cümə axşamı, 9 Aprel, 2026

İsveçrəli Boggie Woogie kralının iştirakı ilə Master-Klass


  • Dərc edildi: 27 Yanvar, 2018 - 01:26
İsveçrəli Boggie Woogie kralının iştirakı ilə Master-Klass

Yanvarın 28-i, 14:00-da The Landmark Hotel Baku-nın Rotunda Jazz zalında United-Cultures-in təşkilatçılığı, İsveçrə səfirliyi, Jazz Dünyasl jurnalı və The Landmark Hotel Bakunun dəstəyi ilə məşhur isveçrəli Boogie Woogie ifaçısı Silvan Zinggin master klassı keçiriləcək. Boogie Woogie çətin iş günündən sonra insanların rəqs etməsi, əylənməsi üçün daha dinamik ifa olunan blüz əsasında bir janrdır. Master Klass zamanı: -“Boogie Woogie” janrının yaranma tarixi; -Barrelhouse piano stili və ənənəvi blüz; -Clarence Smith-in 1928-ci ildə bəstələdiyi “Pinetop Boogie Woogie” musiqi parçası; -Boogie Woogie-nin ilk dəfə disk üzərində dərc olunması tarixi; -Müxtəlif şəhərlərdə-Kanzas, Nyu-Orlean, Çikaqo-bu musiqi janrında nümunələrin yaranma tarixi haqqında ətraflı məlumat veriləcək. Həmçinin Master Kla

ssda: -M.L. Lewisin “Honk Tonk Train Blüz”-fortepiano stilinin təkamülü- parçası, -Chuck Berrynin Rock n Roll nümuləri pianoda ifa olunacaq. Silvan Zingg master klass zamanı 2011-ci ildə Montreux Jazz Festivalında B.B. King ilə olan təcrübəsindən və 2002-ci ildən hər il Luqano şəhərində keçirilən “Beynəlxalq Boogie Woogie Festivalı” haqqında da dinləyicilərlə məlumat verəcəkdir. Onu da bildirmək istəyirik ki, Masterklassda Baku Jazz Festivalının təşkilatçısı, jazmen Rain Sultanov xüsusi iştirakı gözlənilir. Musiqiçilər özləri ilə öz musiqi alətlərini gətirərək sənətçilər ilə kiçik Jazz, Blues Jam Session keçirmək imkanı əldə edəcəklər. Master-klass 28 yanvar saat 14:00-da the Landmark Hotel və Biznes Mərkəzinin la Rotunda zalında olacaq. Masterklassda iştirak sərbəstdir! Əlavə məlumat üçün: [email protected] +99455 602 48 59

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...