Çərşənbə axşamı, 4 Noyabr, 2025

İyunun 16-da keçiriləcək 9-cu siniflər üzrə buraxılış imtahanının II mərhələsində iştirak edəcək şagirdlərin nəzərinə!


  • Dərc edildi: 11 İyun, 2019 - 14:19
İyunun 16-da keçiriləcək 9-cu siniflər üzrə buraxılış imtahanının II mərhələsində iştirak edəcək şagirdlərin nəzərinə!

Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Təhsil
müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
İyunun 16-da Mingəçevir şəhərində, Ağcabədi, Ağdaş, Ağstafa, Balakən,
Beyləqan, Cəlilabad, Füzuli, Gədəbəy, Göyçay, Hacıqabul, İsmayılllı, Lerik,
Masallı, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Qusar, Salyan, Siyəzən, Şəmkir,
Tovuz, Ucar, Xızı, Xocavənd, Yardımlı, Zaqatala rayonlarında, həmçinin, Bakı
şəhərində yerləşən internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə,
cəzaçəkmə müəssisələrində olan məktəblərdə və Çilov adasında yerləşən
məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta
təhsil səviyyəsi üzrə buraxılış imtahanının ikinci mərhələsi keçiriləcək.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər
linkindən istifadə etməklə özlərinin
imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana
buraxılış vərəqələrini çap edə bilərlər.
Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin
“Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən
sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi
tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.

Ən Son Məqalələr

Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 341
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 386
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 57
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 59
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 54
“İkiqay” əsərinin mü...
Dövlət İmtahan Mərkəzində Könüllülük Qeydiyyatı davam edir
19 Oktyabr, 2025 - 17:04 224
Dövlət İmtahan Mərkə...