Cümə, 5 Sentyabr, 2025

Jurnalistlər və bloqqerlər üçün 3 günlük təlim


  • Dərc edildi: 28 May, 2019 - 12:58
Jurnalistlər və bloqqerlər üçün 3 günlük təlim

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən təşkil olunan “HAQQINA SAHİB ÇIX!” KAMPANİYASI çərçivəsində jurnalistlər üçünreproduktiv sağlamlıq və hüquqlar mövzusunda Kampaniyanın İşçi Qrupu tərəfindən 31 may – 02 iyun 2019 tarixlərində keçiriləcək 3 günlük təlim kursuna dəvət! Kampaniyanın əsas məqsədi Azərbaycanda reproduktiv sağlamlıq və hüquqlarla bağlı dövlətin və ictimaiyyətin mövqeyini dəyişmək yolu ilə reproduktiv sağlamlıq sahəsində səhlənkarlıq və korrupsiyanın azaldılmasıdır. Təlim reproduktiv sağlamlıq və hüquqlar üzrə mövzuların və “HAQQINA SAHİB ÇIX!” kampaniyasının münasib şəkildə mediada işıqlandırılmasına xidmət edir. Bu təlim, həmçinin Kampaniyanın media ilə əməkdaşlığa dair digər təşəbbüslərində (media müsabiqəsi, illik media mükafatlandırılması, Kampaniyanın media meneceri vəzifəsində iş imkanı və s.) iştirak etmək üçün önəmli komponentdir. Kampaniyanın İşçi Qrupunun bir neçə üzvü Azər Mehtiyev, Əvəz Zeynallı, İlhamiyyə Rza, Nicat Gözəlov və Vasif İsmayıl 3 gün ərzində təlimçi qismində reproduktiv sağlamlıq mövzusunun tibbi, hüquqi, əxlaqi-mənəvi, iqtisadi və psixoloji müstəvilərini əhatə edəcəklər. Təlimin metodologiyasına təqdimatlar, keyzlərin təhlili, qrup çalışmaları, müzakirələr və nəticələrin əldə edilməsi daxildir. Kursun bütün günlərində nizamlı iştirak etmək MÜTLƏQ VƏ YEGANƏ ŞƏRTDİR. Təlimdə maksimum 20 iştirakçı üçün yer nəzərdə tutulub. Qeydiyyatdan mümkün qədər tez keçməniz iştirak şansınızı artıracaq. Təlimdə 3 gün ərzində nizamlı iştirak edən iştirakçılar təlimin sonunda sertifikatla təltif olunacaq. Regiondan gələn jurnalistlərə üstünlük veriləcəkdir, həmçinin onların yol xərcləri tam ödəniləcəkdir. Təlimlərdə iştirak: Pulsuzdur Təlimin tarixi: 31 may – 02 iyun 2019 (10:00-17:00) Təlimin məkanı: RİQC-in ofisi Qeydiyyat: [email protected][email protected] e-mail ünvanlarına müraciət etməklə ərizə formasını əldə edə bilərsiniz Ərizənin son qəbul tarixi: 30 may, saat 12:00 Əlaqələndirici şəxs: Leyla Orucova Ünvan: Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) Bakı şəhəri, A. Cəlilov küç. 26, mən. 98 Tel: (+99412) 490 40 44, (+99450) 760 40 44

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...