Cümə, 5 Sentyabr, 2025

“Karyera Akademiyası” layihəsi


  • Dərc edildi: 17 Mart, 2019 - 16:19
“Karyera Akademiyası” layihəsi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Karyera Mərkəzi "Karyera Akademiyası" layihəsinə start verir! “Karyera Akademiyası” layihəsinin əsas məqsədi ADBTİA gəncləri arasında karyera planlaması, iş həyatını doğru anlama, xüsusilə idman sahəsində karyeraya hazırlıq, natiqlik bacarıqlarının inkişaf etdirilməsi, iş müsahibəsinə hazırlıq, karyerada xarici dil biliklərinin əhəmiyyəti və s. kimi fəaliyyətlərin sistemli öyrənilməsini özündə ehtiva edir. Dəvət olunacaq təlimçilər və çıxış edəcəkləri mövzular: 1.Nəcəf Allahverdiyev "KarnegiKlub"un təsisçisi beynəlxalq dərəcəli təlimçi, kouç. Mövzu: "Natiqlik bacarıqları" Tarix: 13.04.2019 2. Mehman Kərimov Milli Olimpiya Komitəsinin marketinq direktoru. Mövzu: "İdmanda Karyera" Tarix: 20.04.2019 3. Elvin Dadaşsoy "Panda School"un rəhbəri, biznes təlimçi. Mövzu: "0-dan biznesini qur!" Tarix: 27.04.2019 4. Toğrul Ələkbərov Şəxsi inkişaf və karyera planlaması üzrə təlimçi və məsləhətçi. Mövzu: "Karyera Planlaması" Tarix: 04.05.2019 5. Günay Rəsulova Dərs Evinin marketinq şöbəsinin rəhbəri və “you will speak” bloqunun təsisçisi Mövzu: " İş müsahibəsinə hazırlıq" Tarix: 11.05.2019 İştirakçıların seçim meyarı: -Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almalı; - Yüksək motivasiyalı və aktiv biri olmalı; - Öyrənməyə və təcrübə paylaşımına həvəsli olmalı; - Məsuliyyətli olmalı; - Bütün təlimlərdə iştirak etməli; Layihənin hər həftənin şənbə günü olmaqla 5 həftə ərzində, yəni 13.04.2019-11.05.2019 tarixləri arasında həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, layihədə seçilmiş 25 nəfər iştirak edəcək və sonda bütün iştirakçılara sertifikat təqdim olunacaq. Layihə üzrə seçimlərə qatılmaq üçün qeydiyyat linki: https://goo.gl/forms/RasDIcg2s4SkOtEI2 Son qeydiyyat tarixi: 07.04.2019 Saat: 23:59 Ətraflı məlumat üçün: ADBTİA Karyera Mərkəzi 132-ci otağa yaxınlaşa bilərsiniz. Elektron poçt ünvanı: [email protected] Əlaqə nömrəsi: +994 77 571 72 90 Karyera Mərkəzi

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...