Cümə, 5 Sentyabr, 2025

“Karyeranı qur” layihəsi


  • Dərc edildi: 20 Aprel, 2019 - 11:57
“Karyeranı qur” layihəsi

Gənclərin İnkişaf və Karyera Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə məşğulluğun inkişafına dəstək olmaq məqsədilə “Karyeranı qur” layihəsini təqdim edir. Layihənin məqsədi işsiz və iş axtaran gənclər üçün innovativ metodlardan istifadə edərək onların əmək bazarına inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihə çərçivəsində əmək bazarında iş axtaran insanlar hər gün müxtəlif təlim və seminarlarda iştirak edəcəklər. Təlimlər həftənin 5 günü saat 10:00-13:00 arası olmaqla həyata keçiriləcək. Layihə periodu - iş axtarma bacarıqlarının inkişafı təlimləri - departamentlərdə iş - fəal iş axtarma metodları - şəbəkənin genişləndirilməsi - əldə edilmiş nəticələrin təhlili -motivasiyanın təmin edilməsi olmaqla bir neçə mərhələdən ibarətdir. Layihə 2 həftə davam edəcək, iştirakçılara layihənin sonunda sertifikat və tövsiyə məktubları veriləcək. İştirakçılar müxtəlif təhsil, iş təcrübəsinə malik və ya heç bir iş təcrübəsi olmayan isşiz və iş axtaran gənclərdən 15 nəfər olmaqla seçiləcək. İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən aparılacaq: • Namizəd ali təhsilli (təhsilini bitirmiş) olmalı; • Motivasiyalı olmalı; • Layihəyə müraciət etdiyi dövrdə işsiz olmalı; Gənclərin İnkişaf və Karyera Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri müxtəlif təlim, seminarlar və layihələr təşkil edərək məşğulluğun inkişafı üçün əsaslı addımlar atmaqdır. Layihədə iştirak ödənişsizdir. Layihədə iştirak etmək üçün qeydiyyatdan keçin. Qeydiyyat üçün: http://bit.ly/2Dj3sAo Son qeydiyyat tarixi 24 aprel #baku #Azerbaijan #youthacademy #business Daha ətraflı: [email protected] ? (+994) 70 440 51 43 (+994) 12 440 51 43 ?Nəsimi r., Kaveroçkin küç. 30 (Amerika Səfirliyi ilə üzbəüz)

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 232
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...