Cümə axşamı, 9 Aprel, 2026

“Kitabların Dünyasından Tariximizə Səyahət” adlı eko-düşərgə uğurla başa çatmışdır


  • Dərc edildi: 20 Aprel, 2019 - 19:43
“Kitabların Dünyasından Tariximizə Səyahət” adlı eko-düşərgə uğurla başa çatmışdır

Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi XI Qrant müsabiqəsi çərçivəsində 13-14 Aprel tarixlərində Hacikənddə həyata keçirilən “Kitabların Dünyasından Tariximizə Səyahət” adlı eko-düşərgə uğurla başa çatmışdır. Layihənin əsas məqsədi Azərbaycanın əzəli tarixini 20 nəfər gəncə çatdırmaq habelə müasir Azərbaycan Respublikasının inkişaf perspektivləri eyni zamanda prioritet hədəflərini region gəncləri ilə birgə müzakirə edib hazırlamaqdan ibarət idi. Bundan başqa region gənclərinin şəxsi inkişafini artırmaq,onların qeyri-formal təhsil şəraitində öyrənib,öyrətməsini təmin etmək layihənin məqsədlərindən biri idi. Layihənin birinci günü yəni 13 Aprel tarixində gənclərə ilk öncə Azərbaycan Xalq Cumhuriyyəti, Müstəqillik Dövrü və Müasir Azərbaycan haqqında geniş məlumatlar verildi. Layihənin ikinci günündə isə Azərbaycanın əsas hədəf götürdüyü Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində ölkəmizin qəbul etdiyi məqsədlər üzrə inkişa

f perspektivləri və davamlılığı qruplara bölünərək müzakirə olundu eyni zamanda təqdimatlar edildi. Bunu da qeyd etmək istərdik ki, layihə zamanı #trashtagchallange-ə qoşulub təbiətin qorunmasında dəstək göstərildi. Sonda iştirakçılara sertifikat və qiymətli hədiyyələr təqdim olundu,və xatirə şəkili çəkdirildi. İştirakçılara eyni zamanda bu layihəni reallaşdırmağda dəstəyini göstərən Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundationa habelə tərəfdaş Azərbaycan Skautlar Assosiasiyası - Association of Scouts of Azerbaijan minnətdarlığımızı bildiririk! #AZGF #AzebaijanYouthFoundation #AzərbaycanGənclərFondu #AzYouthFund

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...