Cümə axşamı, 9 Aprel, 2026

Kreativ Menecer və Servis Mərkəzinin Müdiri Vakansiyaları


  • Dərc edildi: 25 Mart, 2018 - 06:48
Kreativ Menecer və Servis Mərkəzinin Müdiri Vakansiyaları

1) Brandup komandasına “kreativ menecer” vəzifəsi üçün yeni bir şəxs əlavə etmək istəyirik. Nə iş görəcək? Əsas işi əlbəttə ki, ideya istehsal etməkdir. Durmadan, yorulmadan. Mövzular və həllər müxtəlif olacaq. Digital da ola bilər, offline da, avtomobil sektoru da ola bilər, qida sektoru da. Qısası, bu işdən bezmək mümkün deyil ?

Əsas tələblər: - Dünyagörüşlü - Film, kitab və ümumiyyətlə öyrənməklə arası əla olan - Marketinq sahəsində ən az 1 il iş təcrübəsi - Reklam dünyasından məlumatlı olan, trendləri izləyən - Agentlikdə iş təcrübəsi üstünlükdür - İqtisadi sahədə ixtisas bitirmək üstünlükdür - Rus və ingilis dili bilikləri üstünlükdür Qrafik: 09:00-18:00 / 5 gün Ə/h: namizədə uyğun təyin olunacaq Maraqlananlar [email protected] ünvanına özü haqqında yazsın. Sevdiyiniz filmlər, kitablar, boş vaxtlarınızda nələr edirsiniz, hobbiləriniz və s. CV-ni də göndərin, amma niyə sizi seçməliyik, niyə bizimlə işləmək istəyirsiniz, niyə düşünürsünüz ki, bu əməkdaşlıqdan hər iki tərəf qazana bilər? Bu suallara cavab yazın, indiyə qədər bu istiqamətdə gördüyünüz işlər varsa, mütləq onları da qeyd edin. Mən də sizə geri dönəcəm, sizin üçün 1-2 tapşırıq da hazırlamışıq. Sadəcə quru CV göndərənlərin müraciətinə baxılmayacaq. Komandamıza qoşulmaq asan olmaya bilər, amma sonrasında əminəm ki, buna dəyəcək. Deadline: 25.03.2018 ================================ 2)
ong>"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır. Vakansiya: Servis Mərkəzinin Müdiri (Gəncə) Tələblər: - Təhsil : Ali (Texniki və ya mühəndislik sahəsində olmalıdır); - İş stajı :Servis sahəsində ən azı 2 il; - Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq; Rus və ingilis dili biliyi üstünlükdür. - Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı; - Yüksək analitika qabiliyyəti; - Yüksək ünsiyyət və təqdim etmə bacarıqlar. Namizəd Gəncə sakini olmalıdır. Əsas vəzifələr: Servis Mərkəzinin ümumi işinə nəzarəti həyata keçirmək; Servisdə yaranan problemlərin aradan qaldıırılmasını təmin etmək; Servisdə müştəri məmnuniyyətinin ölçülməsinə nəzarət etmək; Ehtiyat hissələri, materiallar üzrə sifarişləri tərtib etmək və onların düzgün istifadəsinə nəzarəti həyata keçirmək; Təmir işlərinin qeydiyyatına, müvafiq hesabatların hazırlanmasına nəzarəti həyata keçirmək. İş şəraiti: AR Əmək Məcəlləsinə əsasən sənədləşmə Həftədə 6 iş günü, 1 gün istirahət Karyera yüksəlişi imkanı Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Servis Mərkəzinin müdiri (Gəncə) Edumap.az ” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Son tarix: 25.03.2018

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...