Cümə, 5 Sentyabr, 2025

Lənkəranda 4 günlük düşərgə-konfrans: “Azərbaycanda qadın hüquqlarının təbliğ olunması və qadınların ictimai iştirakçılığının artırılması mövzusunda tədbirlərin təşkili” layihəsi - QEYDİYYAT / ÖDƏNİŞSİZ!


  • Dərc edildi: 17 İyul, 2023 - 12:12
Lənkəranda 4 günlük düşərgə-konfrans: “Azərbaycanda qadın hüquqlarının təbliğ olunması və qadınların ictimai iştirakçılığının artırılması mövzusunda tədbirlərin təşkili” layihəsi - QEYDİYYAT / ÖDƏNİŞSİZ!

Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir milli layihənin icrasına başlanıldı. Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “Azərbaycanda qadın hüquqlarının təbliğ olunması və qadınların ictimai iştirakçılığının artırılması mövzusunda tədbirlərin təşkili” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 8000 (səkkiz min) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi Azərbaycanda ailə, qadın, uşaq və gender məsələlərinin aktuallığını gündəmə gətirməklə, cəmiyətimizdə qadın hüquqlarının və qadınların ictimai iştirakçılığının təbliği və təşviqi sahəsində gənclərin, xüsusilə də, gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, habelə ailələrin dağılmasına və boşanmaların artmasına səbəb olan məişət zorakılığı ilə mübarizəni gücləndirməkdən ötrü bu istiqamətdə geniş profilaktik və preventiv tədbirlərin həyata keçirilməsindən ibarətdir. Layihənin müddəti 3 ay olmaqla, 01 iyul – 30 sentyabr 2023-cü il tarixlərini əhatə edəcəkdir. Layihə çərçivəsində coğrafi və gender balans nəzərə alınmaqla, elektron ərizə əsasında respublika üzrə 18-35 yaş arası 22 nəfər gənc və gənc ailə təmsilçiləri üçün ailə, qadın, uşaq və gender məsələləri mövzusunda Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində 25-27 avqust tarixlərində 3 günlük nəzəri-praktik konfrans təşkil olunacaqdır. Konfransda iştirak etmək istəyən gənclər müvafiq elektron ərizə formasını (ƏRİZƏ) 11 avqust 2023-cü il, saat 24.00-adək dolğun formada doldurub göndərməlidirlər. Müvafiq nəticələr 20 avqust 2023-cü il tarixində açıqlanacaqdır. Əlavə edək ki, 3 günlük tədbir zamanı nəqliyyat xərcləri istisna olmaqla, bütün iştirakçıların çay-kofe, yemək və oteldə qalmaq xərcləri (3 gecə) layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən ödəniləcəkdir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 237
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...