1) 2018/19-cu tədris ili üçün Macarıstan təqaüd proqramına dair elan: Müraciət forması və tarixlər: 1. Namizədlərin elektron müraciət formasını doldurmaları üçün yekun tarix 16.02.2018-ci ildir. 2. Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın və müraciət etdikləri ali təhsil müəssisələrinin ümumi tələblərinə cavab verən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar. 3. Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron poçt vasitəsilə bildiriləcəkdir. 4. Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə buraxılmayacaqdır; 5. Hər bir namizədlə keçirilmiş müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə audio-video çəkiliş aparılır. 6. Seçim nəticələrinə dair apellyasiya verilməsi nəzərdə tutulmur. 7. Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Macarıstan Təqaüd Heyətinə təqdim ediləcəkdir. 8. Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün Macarıstan tərəfinə göndərilmiş namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə seçim sıralamasına uyğun olaraq (1,2,3) göndəriləcəkdir. *Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir. Göstərilmiş 3 universitetdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmayacaqdır. 9. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan Təqaüd Heyətinin yekun qərarının cari ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir. 10. Yalnız xüsusi və gözlənilməz hallar istisna olmaqla və Tempus Fondunun razılığı olmadan təqaüdü qazanmış namizədlər təhsillərini növbəti semestrə və ya akademik ilə təxirə sala bilməzlər. Ətraflı məlumat və qeydiyyat üçün bura daxil olun! ============================================== 2) Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin təqaüd proqramı Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə azərbaycanlı tələbələr üçün 2018/19-cu tədris ili üzrə təqaüd proqramı elan edir Təhsil səviyyəsi: Magistratura Tədris dili: İngilis dili İxtisaslar: Heyvandarlıq, su resurslarının idarə olunması, ətraf mühit mühəndisliyi Qarşılanan xərclər: Təhsil haqqı, yaşayış xərci və tibbi sığorta Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Son müraciət tarixi: 28.02.2018 Ətraflı məlumat və qeydiyyat üçün bura daxil olun!
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb