Cümə axşamı, 9 Aprel, 2026

Masallıda 3 günlük layihə - "Gənclərin məşğulluq imkanlarının artırılmasına dəstək" layihəsi


  • Dərc edildi: 16 Sentyabr, 2019 - 19:06
Masallıda 3 günlük layihə - "Gənclərin məşğulluq imkanlarının artırılmasına dəstək" layihəsi

Azərbaycan Respublikası Gənclər Fondunun XII qrant müsabiqəsində qalib olmuş "Tərəqqi" Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən icra edilən "Gənclərin məşğulluq imkanlarının artırılmasına dəstək" layihəsinə İŞTİRAKÇI SEÇİMİ başlamışdır. Layihənin məqsədi Region gənclərinin işə qəbul zamanı tələb olunan bacarıqların təkmilləşdirilməsi, gənclərin bu istiqamətdə proqram və müsahibələrdə iştirakının artırılmasına dəstək olmaqdır. Təlimlər 3 gün 3 gecə olmaqla həyata keçiriləcək. Gənclərə özünütəqdimetmə, komanda işi, şəbəkələşmə, bacarıqların təhlili, işə müraciət qaydaları, iş elanlarının təhlili, CV yazılışı, müsahibədə uğurlu iştirak və s. bu mövzularda təlimlər keçiriləcək. Təlimin sonuncu günü Masallı rayonunda bir çox müəssisələrə məşğulluq sahələri ilə tanış olmaq üçün ekskursiyalar təşkil olunacaqdır. Layihədə ölkənin müxtəlif r

egionlarından işsiz, hərbi xidmətdən yenicə qayıdan, univeristet və ya kollec bitirmiş və ya hal-hazırda təhsil alan tələbə, gənclər iştirak edə bilər. Layihəyə 25 nəfər gənc iştirak hüququ qazanacaq. İştirakçıların qalma, qidalanma xərcləri təşkilat tərəfindən qarşılanacaqdır. (Nəqliyyat xərcləri QARŞILANMIR). Müraciət üçün son tarix: 10.10.2019   Təlimlərin keçiriləcəyi tarix: 25, 26, 27 Oktyabr 2019-cu il Təlimlərin keçiriləcəyi yer: Masallı rayon "Qala" İstirahət Mərkəzi   Təlimçi Rafət Şirəliyev. Təlimçinin təcrübəsi: - BMT İnkişaf Proqramının SYSLAB (Gənclərin Təlim və Məşğulluq Məkrəzi) layihəsinin 3 illik koorindantoru və təlimçisi - Beynəlxalq Əmək Təşkilatının "Özünü biznesinə başla" üzrə təlimçi - Bir çox yerli və xarici layihələrin rəhbəri və iştriakçısı Qeydiyyat https://forms.gle/CetMD1qAExgupx4SA

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 340
Məktəblilər üçün "FI...