Cümə, 23 Oktyabr, 2026

Masallıda kənd təsərrüfatı sahibkarları üçün aqroturizm layihəsinin təqdimatı oldu


  • Dərc edildi: 7 Sentyabr, 2023 - 19:31
Masallıda kənd təsərrüfatı sahibkarları üçün aqroturizm layihəsinin təqdimatı oldu

  Azərbaycan Respublikasının Dövlət Turzim Agentliyinin qrant müsabiqəsi çərçivəsində maliyyələşən “Masallı rayonunda aqroturizm sahibkarlıq fəaliyyətinin qurulması və təşviqi” layihəsinin növbəti təqdimatı Masallı rayonunda çalışan kənd təsərrüfatı sahibkarları üçün olmuşdur. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Rafət Şirəliyev layihənin donoru, məqsədləri və komponentləri haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, layihə çərçivəsində məlumatlandırmadan sonra seçiləcək 15 sahibkar üçün 3 müxtəlif günlük təlimlər həyata keçiriləcəkdir. Təlimlərdən sonra biznes plan təqdim edən 3 sahibkara layihə çərçivəsində mal-material dəstəyi olacaqdır. Qurulacaq aqroturizm təsərrüfatlarının marketinq işləri görüləcək və həmin yerlərə infoturlar təşkil ediləcəkdir. Daha sonra çıxış edən layihənin müəllifi Nemət Əliyev lay

ihənin rayon üçün əhəmiyyəti və gözlənilən nəticələrindən bəhs etmişdir. Növbəti çıxış edənlər Masallı DAİM-in rəisi Seymur Nuriyev və Masallı KOB Dostu Cavad Əzizov bu tip layihələrin kənd təsərrüfatı və turizm məhsullarının inkişaf etməsinə fayda verdiyini qeyd etmişdirlər. Tədbirdə iştirak edən 20-dan çox kənd təəsrrüfatı sahibkarları üçün layihənin eksperti Samir Axundov və təlimçisi Samir Salayev tərəfindən aqroturizm nədir, aqroturizmin imkanları və faydaları, aqroturizmin iqtisadi təsiri və s. mövzuları əhatə edən təqdimat edilmişdir. Sonda iştirak edənlərlə fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır. İştirak edən hər bir sahibkara sertifikatlar təqdim edilmişdir.

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 104
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 538
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...