Cümə axşamı, 9 Aprel, 2026

“MediaPlus” layihəsinə qəbul elan edilir!


  • Dərc edildi: 12 Yanvar, 2023 - 11:00
“MediaPlus” layihəsinə qəbul elan edilir!

Avropa İttifaqının ‘Stabillik və Sülhə Yardım’ (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində 6-8 fevral tarixlərində həyata keçiriləcək “MediaPlus” layihəsinə qəbul elan edilir! Layihənin əsas məqsədi Bakıda yaşayan 18-25 yaş aralığında münaqişə transformasiyasına marağı və ya media təcrübəsi olan gənclərin münaqişə ilə bağlı informasiya savadlılığı və agahlılığını artırmaqdır. Təlim zamanı iştirakçılar tənqidi düşüncə, media faktların yoxlanılması, etik prinsiplər və media həssaslığı, media narrativləri ilə bağlı sessiyalarda iştirak imkanı qazanacaq. 3 gün davam edəcək təlim proqramı bu sahədə ixtisaslaşmış təlimçilər tərəfindən həyata keçiriləcək.

Təlim sessiyaları nəzəri və praktiki hissələrdən ibarət olacaq. Təlim zamanı iştirakçılar qazandıqları bilikləri birbaşa tətbiq etmək imkanı qazanacaq. Bütün sessiyalarda iştirak edən iştirakçılar sertifikatla təmin olunacaq. Qeydiyyat sorğusunu dolduran və meyarlara uyğun gələn şəxslər seçimdən sonra müsahibəyə dəvət olunacaq. *Media sahəsində təcrübə və ya təhsil arzuolunandır. Müraciət üçün son tarix: 28 yanvar 2023, 23:59 Keçirilmə tarixi: 6, 7, 8 fevral üzbəüz (offline) Məkan: Baku Community Space Saat: 10:00 – 14:30 Qeyd: Namizədlərin müsahibəyə dəvət edilməsi və seçilməsi müraciətetmə tarixinə əsasən aparılacaq. Bunun üçün iştirakçılardan mümkün qədər tez müraciət etməyi xahiş edirik. Müraciət formunu bu keçid vasitəsilə tamamlaya bilərsiniz: https://forms.gle/4xarouzBn5PvdqDP6 Layihədə iştirak ödənişsizdir!

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...