Şənbə, 6 Sentyabr, 2025

Məhsulların inkişafı şöbəsinə Ekspert


  • Dərc edildi: 17 Sentyabr, 2018 - 13:31
Məhsulların inkişafı şöbəsinə Ekspert

"Rabitabank" ASC Qeyri-Kredit Satış Departamentinin Məhsulların inkişafı şöbəsinə Ekspert vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır. Struktur: Qeyri-Kredit Satış departamenti/Məhsulların inkişafı şöbəsi Vəzifə: Ekspert   Vəzifə öhdəlikləri: Ø Qeyri-kredit məhsullarının yaradılmasına, inkişaf etdirilməsinə və onların optimallaşdırılmasına dair təkliflər hazırlamaq; Ø Qeyri-kredit məhsullarının yaradılması və inkişafı üçün tələb olunan texniki tapşırıqları hazırlamaq və aidiyyatı strukur tərəfindən icrasına nəzarət etmək; Ø Qeyri-kredit məhsullarına dair risklərin müəyyən edilməsi və qarşısının alınması üçün zəruri tədbirlər görmək; Ø Mütəmadi olaraq qeyri-kredit məhsullarının gəlirliliklərini təhlil etmək və xərclərin optimallaşdırılmasına dair təkliflər hazırlanmaq; Ø Bank üzrə qeyri-kredit məhsullarının satış planlarının və layihələrinin hazırlanmasında iştirak etmək və onların icrasını təmin etmək; Ø Qeyri-kredit məhsullarına dair təqdimatların, tədris materiallarının və tələb olunan digər məlumatları hazırlanmasına dəstək olmaq.   Namizədə olan tələblər: Ø Ali təhsil (iqtisadiyyat, maliyyə sahələri üzrə olması arzuolunandır); Ø Müvafiq sahə və ya Bankın əməliyyat sahəsi üzrə minimum 2 il iş təcrübəsi; Ø Bank (qeyri-kredit) məhsulları üzrə bilik və məlumatlara malik olması; Ø MBNP-nin, Mərkəzi Bankın müvafiq qayda və normativlərini bilməsi; Ø Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti; Ø Fərdi və komanda şəklində işləyə bilmək bacarığı; Ø Məsuliyyətli, stresə davamlı, dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti; Ø Azərbaycan və rus dillərində mükəmməl səviyyədə danışıq və yazı qabiliyyəti (ingilis dili arzuolunandır); Ø Ofis proqramlarından mükəmməl istifadə bacarığı.   Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində "Məhsulların inkişafı şöbəsinin Eksperti" göstərməyiniz xahiş olunur. Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar. E-mail: [email protected] Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 567
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 203
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 243
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 48
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 139
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 894
2 günlük Lənkəran və...