Cümə axşamı, 9 Aprel, 2026

Məktəblilərin “Xəmsə” Milli intellektual oyununa yekun vuruldu


  • Dərc edildi: 15 Oktyabr, 2021 - 06:20
Məktəblilərin “Xəmsə” Milli intellektual  oyununa yekun vuruldu

Sumqayıtda 44 günlük Vətən müharibəsinə həsr olunmuş məktəblilərin “Xəmsə” Milli intellektual oyununun qalibləri müəyyən olundu. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi və şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 04 oktyabr 2021-ci il tarixindən start götürən “Xəmsə” Milli intellektual oyununa yekun vuruldu. 6 mərhələ üzrə davam edən və şəhərin 32 orta ümumtəhsil müəssisələrini təmsil edən komandaların iştirak etdiyi bilik yarışında ümumilikdə 160 şagird bilik mübarizəsinə qoşulmuşlar. Yarışın məqsədi Azərbaycanın şanlı tarixi olan 44 günlük Vətən müharibəsinin məktəblilər arasında geniş təbliği, gənclərin vətənpərvərlik və vətəndaşlıq ruh

unda tərbiyəsi, intellektual oyunlara marağın artırılması və sağlam elmi rəqabət mühitinin yaradılmasıdır. 4 zona üzrə 8 qrupda keçirilən bilik yarışının 14 oktyabr tarixində keçirilən final mərhələsində mübarizə aparan Təbiət Elmləri Təmayüllü Gimnaziyanın “HOST” komandası I, 23 saylı tam orta məktəbin “Zəfər” komandası II, 37 saylı orta məktəbin “ Dəmir yumruq” komandası III və 22 saylı orta məktəbin eyni adlı komandası IV yerlərə layiq görülmüşlər. Qalib komandalar kubok, diplom, medal və hədiyyələr ilə təltif olunmuşlar. Tədbir Gənc Müəllimlər Şurasının hazırladığı bədii-musiqili kompozisiya ilə davam etmişdir. Tədbirdən olan digər şəkillərə bu linkdən baxa bilərsiniz: https://we.tl/t-pTsS4vbEVS

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 340
Məktəblilər üçün "FI...