Cümə, 5 Sentyabr, 2025

"Məni Evinə Apar" - Sərgi


  • Dərc edildi: 5 İyul, 2022 - 15:45
"Məni Evinə Apar" - Sərgi

Ev adlandırdığın məkana yad birini gətirmək necə bir şeydir?
Bu sərgi - mədəniyyətlərarası təcrübənin nəticəsi olaraq səkkiz azərbaycanlı rəssamın doğulduqları məkanlara Kanadalı rəssam Kristian Frederikseni dəvət edib birlikdə səyahət etməkləridir.
Ev - danışmağı, yeriməyi öyrəndiyiniz, ilk sualları soruşduğunuz, şəxsiyyət kimi formalaşdığınız yerdir. Ev - müəyyən mühakimələr və ya gözləntilər olmadan mövcud olduğunuz həssas məkandır.
Azərbaycan öz ekstravaqant qonaqpərvərliyi və kənar adamlara qarşı isti münasibəti ilə tanınır. Bəs əcnəbi birini ailənizə, xatirələrinizə dəvət etmək necə hissdir?
Bu sənət əsərlərində ailə, məkan, adət-ənənə və təbii ki, qayıdış mövzuları öz əksini tapır, çünki məkanların ikisi işğaldan azad edilmiş ərazilərimiz Şuşa və Laçın rayonlarıdır. Siz azərbaycanlı rəssamlar və kanadalı rəssamın yan-yana yerləşdirilmiş əsərlərini seyr edə biləcəksiz. Yerlinin baxış bucağı səyahətçinin ki ilə necə müqayisə olunur?
Buyurun, Azərbaycanda səkkiz məkanın iki fərqli mənzərəsini seyr edin.
Açılış 1 iyulda olub. Sərgi 8 iyula kimi fəaliyyət göstərəcək. Saat: 10:00-17:00
Sərgiyə giriş ödənişsizdir!
Ünvan: Milli Azərbaycan Tarixi Muzeyi

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 232
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...