OFİS-MENECERİ İşin təsviri: - Daxil olan korrespondensiyanın qəbulu və qeydiyyatı; - Kənar təşkilatlara göndərilən sənədləri tərtib etmək və hazırlamaq, cavab məktubları hazırlamaq və kuryer xidməti ilə göndərmək; - Zəngləri qəbul etmək və onları yönləndirmək; - Şirkət qonaqlarını qarşılamaq; - Aviabiletlərin rezervasiyasını və alınmasını təmin etmək; - Hava limanından xarici qonaqların qarşılamasını təşkil etmək; - Qonaqların yerləşdirilməsini təşkil etmək (mehmanxanalarda nömrə sifarişi); - İclas və görüşlərin planlaşdırılmasında köməklik göstərmək; - Şirkətə aid bilgilərin, qeydiyyat sənədlərin və faylların məxfiliyini qorumaq; - İşgüzar məktubları tərtib edilməsi bacarığı, axtarılması və məlumat-sorğu materiallarının verilməsi qaydalarını bilmək. Tələblər: - Ali təhsil; - Azərbaycan və rus dillərini bilmək mütləqdir, ingilis dili arzuolunandır; - MS Office proqramları üzrə biliklər; - Yaş həddi: 22 – 33 yaş; - Dəqiq və sürətli işləmək bacarığı. Əlavə şərtlər: İş vaxtı: 5 gün, 09:00-18:00; Nahar şirkət tərəfindən verilir. Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=107 ünvanına öndərərək, 10.10.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər. QEYD: Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar. 2. KORPORATİV SATIŞ ÜZRƏ MENECER İşin təsviri: - Potensial müştərilərin axtarışını həyata keçirmək; - Mövcud müştəri bazası ilə işləmək; - Müştərilərlə kommersiya danışıqlarını aparmaq; - Satışın artırılması məqsədilə müştəriləri müvafiq məlumatlarla təmin etmək: əyani nümayişlər, kataloqlar, reklam materialları, statistik məlumatlar və istinadlar, qiymətlər, məhsulun çatdırılma vaxtı və xərcləri, ödəniş şərtləri və satışdan sonra xidmətlər; - Satışı təşviq etmək üçün müştərilərlə telefon, poçt, internet və ya sərgilər vasitəsilə əlaqə saxlamaq; - Satış xarakterli səfərlər marşrutlar seçmək, təbliğat xarakterli paketlər hazırlamaq və görüşlər təyin etmək; - Təlimatlara uyğun olaraq satış üzrə statistik məlumatlar hazırlamaq və təqdim etmək; - Şirkətin strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək, yeniləmək və hesabat təqdim etmək; - İnternet və şəxsi əlaqələr vasitəsilə bazarda rəqabət mühitini araşdırmaq; - Ticarət sərgiləri, tenderlər, tədbirlər və nümayişlər zamanı şirkəti təmsil etmək. Tələblər: - Ali təhsil; - Azərbaycan, ingilis və rus dillərini səlis bilməlidir; - MS Office proqramları üzrə biliklər; - Yaş həddi: 25 – 35 yaş; - Export sahəsində 5 il təcrübə; - Şəxsi müştəri bazası olmalı; - Prezentasiyaların keçirilməsi, effektiv şifahi məlumat vermə və dinləmə bacarıqlarına malik olmalı. Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=113 , 10.10.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər. QEYD: Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb