Cümə axşamı, 9 Aprel, 2026

“Microsoft Lab” laboratoriyasının açılış mərasimi keçiriləcək


  • Dərc edildi: 28 Aprel, 2019 - 19:44
“Microsoft Lab” laboratoriyasının açılış mərasimi keçiriləcək

Cari ilin 1 may tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində Azərbaycanda “Microsoft Lab” laboratoriyasının açılış mərasimi keçiriləcək. İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi ilə “Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyi arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən yaradılan laboratoriya adıçəkilən mərkəzdə fəaliyyət göstərəcək. “Microsoft Lab” dlanan laboratoriyanın əsas məqsədi tədris və tətbiq arasında körpü yaradaraq, perspektivli innovativ layihələrin icrasına gənc mütəxəssislərin və startapçıların cəlb edilməsidir. Laboratoriyada “Əşyalar interneti” (İoT) sahəsi üzrə müxtəlif həllər və real prototiplər hazırlamaq mümkün olacaq. Gələcəkdə digər innovativ istiqamətlər üzrə də fəaliyyət genişləndiriləcək. Məlumat üçün bildirək ki, “Əşyalar interneti” texnologiyası internetə çıxışı olan bütün cihaz və avadanlıqlar vasitəsilə məlumatların toplanması, ötürülməsi və bu məlumatlar əsasında qərar qəbuletmə prosesinin effektivliyinin artırılmasını nəzərdə tutur. Dövlət və özəl təşkilatlar öz fəaliyyətlərində informasiya texnologiyalaının nailiyyətləri və yeni imkanlarını tətbiq etmək istədikləri halda müxtəlif layihə təkliflərini Lab-a təqdim edə biləcəklər. Bu təkliflər əsasında proqramçılar və İT şirkətlər tərəfindən laboratoriyada real layihələr yaradılacaqdır. Sonradan hazırlanan prototiplərin biznesdə tətbiq edilməsi məqsədilə layihələrə dəstək veriləcəkdir. İKT-nin Tətbiqi və Tədrisi Mərkəzi “Microsoft” şirkətinin dəstəyi ilə yaradılan innovasiya laboratoriyasının əlaqələndiricisi rolunu oynaya

caq. Belə ki, layihə sifarişçiləri və bu sifarişləri icra edəcək startapçılar arasında işgüzar münasibətlər yaradılacaq. Laboratoriyada, həmçinin, proqramçılıq və elektronika sahələri üzrə təlimlərin keçirilməsi, mütəxəssislərin sertifikatlaşdırılması və prototiplərin hazırlanması reallaşdırılacaq. Qeyd edək ki, “www.iktlab.az/mslab” internet səhifəsində “Microsoft Lab” haqqında ətraflı məlumat almaq mümkündür. Burada özəl və biznes qurumları sorğu doldurmaqla reallaşdırmaq istədikləri layihələrin senarilərini “Lab”-a göndərə bilər. Eyni zamanda, “Əşyalar interneti” sahəsi üzrə layihə icra etmək istəyən proqramçılar və startaplar sayt vasitəsilə qeydiyyatdan keçə bilərlər. Açılış iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: http://iktlab.az/event/azerbaycanda-ilk-esyalar-interneti-laboratoriyasi-yaradilib

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 21
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 458
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 340
Məktəblilər üçün "FI...