Cümə, 5 Sentyabr, 2025

“Mini MBA-Hər kəs üçün” proqram - ÖDƏNİŞSİZ KURS!


  • Dərc edildi: 25 Yanvar, 2018 - 21:23
“Mini MBA-Hər kəs üçün” proqram - ÖDƏNİŞSİZ KURS!

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin 2018-ci il üçün planlaşdırılmış fəaliyyət istiqamətlərindən biri olan “Gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi ” çərçivəsində “Mini MBA-Hər kəs üçün” proqramını həyata keçirir. Proqram çərçivəsində 3 ay müdətində 30 nəfər gəncə mütəxəssislər və müxtəlif iş adamlarının mentorluğu ilə “Mini MBA” (Master of Business Administration) mövzusunda ödənişsiz kurs, təlimlər keçiriləcəkdir. Bu intensiv və çətin proqramdır. Bu marafona hazırsınız? -Mini MBA nədir və nəyi hədəfləyir? +İş dünyasının qarışıq, bir-birindən asılı və dinamik bir ortamda doğru qərarlar ala biləcək, gərəkli bacarıq və biliklərə sahib gənc idarəçilərə ehtiyacı vardır. Mini MBA kursu seminarlar, keys həlləri, müzakirələr, qrup işləri və digər fəaliyyətlərin kompleks istifadəsi ilə bir-birindən fərqli ixtisaslar üzrə təhsil alan idarəetmə və bizneslə maraqlanan tələbələrdə stratejik düşünmə, planlama, idarəetmə və qərarvermə səriştələrini aşılamağı hədəfləyir. -Mini MBA Proqramı nədən ibarətdir? +Mini MBA Proqramı çərçivəsində həftədə 2 dəfə olmaqla 3 ay müddətində 11 dərs 1 simulyasiya oyunu keçiriləcək. Dərslərin mövzuları: *İdarəçilər üçün iqtisadiyyat *Maliyyə *Qərarvermə *İş dünyasında etika *İdarəetmə bacarıqlarının inkişaf etdirilməsi *Marketinq strategiyası *Strategiya, təşkilat və innovasiya *Əməliyyatlar menecmenti *Liderlik, yenilik və məsuliyyət *Korporativ idarəetmə və təşkilati davranış *Biznes planın yazılması -Kimlər iştirak edə bilər və iştirak üçün nə etmək lazımdır? +Kursda iştirak üçün ixtisas və kurs fərqi olmadan bütün bakalavr tələbələri müraciət edə bilərlər. 31 yanvar son müraciət tarixidir. Proqramda iştirak üçün müraciət edən gənclər öz CV-lərini və motivasiya məktubunu [email protected] ünvanına göndərməlidirlər. E-mail ünvanlayarkən mövzu yerinə “Mini MBA” yazmaq mütləqdir. Proqramda iştirak ÖDƏNİŞSİZDiR! Bütün iştirakçılara uğurlar! Əlavə məlumat və suallar üçün: +99451 439 62 17 İsa Zeynal Ələsgərov [email protected]

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...