Cümə, 5 Sentyabr, 2025

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə tələbə qəbulu elan edilir


  • Dərc edildi: 17 May, 2018 - 15:28
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə tələbə qəbulu elan edilir

2018/2019-cu tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər
Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan
Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edilir
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq
Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması
üçün 3 yer ayrılmışdır.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 17-23 may tarixlərində
(şənbə və bazar günləri istisna olmaqla) DİM-də təşkil edilmiş Sənəd Qəbulu
Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər. Ünvan: Bakı şəhəri, Yasamal
rayonu, Mikayıl Müşfiq küçəsi, 1M).
Müsabiqədə iştirak etmək hüququna 2018-ci il may 15-dək 19 yaşı tamam
olmayan, II və ya III ixtisas qrupu üzrə 13 may 2018-ci il tarixində keçirilən qəbul
imtahanında iştirak edən (qəbul imtahanını rus dilində verən), attestat qiymətləri
(cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan
Respublikasının vətəndaşları malikdirlər.
Ali təhsil müəssisəsi tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə
iştirak etmək hüququna malik deyillər.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər SQK-ya aşağıdakı sənədləri
şəxsən təqdim etməlidirlər:
1 Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədin əslini və surətini
(2018-ci ilin məzunları I yarım il üzrə qiymətlər göstərilməklə buraxılış sinfində
oxumaqları haqqında arayışı);
2 Şəxsiyyət vəsiqəsi;
3 Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi.
Müsabiqəyə DİM tərəfindən 13 may 2018-ci il tarixində keçirilən II və ya
III ixtisas qrupları üzrə test imtahanında iştirak edən abituriyentlər qatıla bilərlər.
“Beynəlxalq iqtisadi əlaqələr” və “Beynəlxalq münasibətlər” ixtisasına qəbul
olmaq istəyənlər II ixtisas qrupu üzrə, “Beynəlxalq hüquq” ixtisasına qəbul olmaq
istəyənlər isə III ixtisas qrupu üzrə imtahan vermiş olmalıdırlar.
Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplamış, xarici dil
fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılırlar.
Müsahibə tarixi ilə bağlı əlavə məlumat veriləcəkdir . Müsahibədə
abituriyentlərin ümumi dünyagörüşü yoxlanacaqdır.
Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə
ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaqdır.
İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində 6 və 10 iyulda
keçiriləcək. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq
rus və əlavə bir xarici dil üzrə müsabiqədən kənar test imtahanında iştirak
etməlidirlər. “Beynəlxalq iqtisadi münasibətlər fakültəsi”nə qəbul olmaq istəyənlər
bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.
İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri
məlumatları www.mgimo.ru saytından əldə etmək olar.
Qəbul olunanlardan aşağıdakı sənədlər tələb olunacaq:
1 Orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və
ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğu tərəfindən
təsdiq edilmiş tərcüməsi;
2 Milli pasportun surəti;
3 3x4 sm ölçüdə ağ-qara, parıltısız 12 ədəd fotoşəkil;
4 Xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış;
5 Döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi;
6 Tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm)
barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat;
7 Sifilis müayinəsinin nəticəsi;
8 VİÇ infeksiyasının olmaması barədə beynəlxalq sertifikat.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...