Cümə, 5 Sentyabr, 2025

Müəllimlər üçün layihə: “Münaqişələrin psixo-sosial təsirləri və şagirdlərlə iş”


  • Dərc edildi: 5 Mart, 2023 - 04:58
Müəllimlər üçün layihə: “Münaqişələrin psixo-sosial təsirləri və şagirdlərlə iş”

Hörmətli müəllimlər, Sizi “Münaqişələrin psixo-sosial təsirləri və şagirdlərlə iş” layihəsinə müraciət etməyə dəvət edirik. Layihə Avropa İttifaqının ‘Stabillik və Sülhə Yardım’ (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində həyata keçirilir. Layihə iki hissədən ibarət olacaq. İlkin mərhələdə 11-12 mart və 18-19 mart tarixlərində münaqişələr, onların psixo-sosial təsirləri, fövqəladə hallarda təhsil, və şagirdlərlə iş mövzularında təlimlər təşkil olunacaq. Daha sonra isə müəllimlər öyrəndikləri bilik və bacarıqları öz məktəblərində tətbiq edəcəklər. Bu mərhələ 27 mart-7 aprel tarixləri arasında baş tutacaqdır. Layihədə iştirak Ağdam, Tərtər, və Bərdədən olan müəllimlər üçün nəzərdə tutulmuşdur. Təlimlər boyunca bütün iştirakçıların nəqliyyat və qida xərcləri, Ağdam və Tərtərdən olan iştirakçılar üçün həm də qonaqlama xərcləri qarşılanacaqdır. Təlimlər Bərdədə baş tutacaq. Layihəyə müraciət üçün son tarix 7 martdır. Bu linkə daxil olaraq layihəyə müraciət edə bilərsiniz: https://docs.google.com/forms/d/e/1FAIpQLSc9GUitfAI48kpb5uXoKrOPxIx69JrIlkKL5O0WAabVXsfvpQ/viewform Layihədə iştirak ödənişsizdir. Müraciət edən hər kəsə təşəkkür edir və uğurlar arzulayırıq!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...