Cümə, 5 Sentyabr, 2025

Münəvvər Rzayevanın 90 illik yubiley tədbiri


  • Dərc edildi: 10 Aprel, 2019 - 14:30
Münəvvər Rzayevanın 90 illik yubiley tədbiri

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2019-cu il aprel ayının12-də saat 16:00-da Muzey Mərkəzində Münəvvər Rzayevanın 90 illik yubileyi keçiriləcəkdir. Tədbir Azərbaycanın görkəmli qadın rəssamı və ilk monumentalçı heykəltəraş Münəvvər Rzayevanın xatirəsini yad etmək, yaradıcılığına olan marağı artırmaq və daha geniş auditoriyaya yayılmasına təkan vermək məqsədi ilə həyata keçirilir. Rzayeva Münəvvər Məcid qızı 6 iyun 1929-cu ildə Bakıda anadan olmuşdur. O, 1946-1950-ci illərdə Ə.Əzimzadə adına adına rəssamlıq məktəbini, 1950-1956-cı illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsində təhsil almışdır. O, əsasən psixoloji portret ustası kimi tanınır. Münəvvər Rzayeva heykəllərini əsasən qranit, mərmər, bürünc və ağac materiallarından hazırlamışdır. Heykəltəraş tanınmış sənət adamlarının, dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəl, büst barelyeflərini işləmişdir. Münəvvər Rzayevanın heykəllərində hər bir detal obrazın ümumi ideyasının açılmasında mühüm rol oynayır. Onun işlədiyi Nigar Rəfibəylinin (Gəncə, bürünc, 1998, Fəxrəddin Əliyevlə birgə), Sergey Yeseninin (Mərdəkandakı muzeyində), Məhsəti Gəncəvinin (Ədəbiyyat muzeyində) heykəlləri öz emosionallığı ilə fərqlənir. Münəvvər Rzayev Bakıda və Azərbaycanın digər bölgələrində qoyulmuş yüzə yaxın heykəl və büstün müəllifidir. Bakıdakı heykəllərdən Sevil Qazıyevın barelyefini (bürünc, 1969), Mikayıl Müşfiqin (qırmızı qranit, 1970), Ayna Sultanovanın (1986), Nizami adına Ədəbiyyat muzeyində Bəhmənyarın (mərmər), Nəsiminin (ağac) heykəllərini qeyd etmək olar. Münəvvər Rzayevanın sonuncu işlərindən biri Qusar rayonunda yerləşən dağın 3763 m hündürlüyündəki “Heydər Zirvəsi”nə bərkidilən Heydər Əliyevin tunc barelyefi olmuşdur (barelyefin uzunluğu 82 sm, eni 59 sm). Rəssam 1958-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi. Münəvvər Rzayeva Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü, Nizami adına Ədəbiyyat muzeyində bərpaçı heykəltaraş-rəssam kimi də fəaliyyət göstərmişdir. Münəvvər Rzayeva 1997-ci il də Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. Münəvvər Rzayeva 6 iyun 2004-cü ildə Bakıda vəfat etmişdir. Tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış Münəvvər Rzayevanın həyat və yaradıcılığına həsr olunmuş xüsusi təqdimat keçiriləcək. Tədbirə giriş sərbəstdir. Media nümayyəndələri dəvətlidir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...