Çərşənbə axşamı, 4 Noyabr, 2025

NASA-nın Astronavtı ilə görüş keçiriləcək, qatıl və suallarını ver!


  • Dərc edildi: 29 Sentyabr, 2022 - 21:52
NASA-nın Astronavtı ilə görüş keçiriləcək, qatıl və suallarını ver!

NASA-nın 12-ci Administratoru, astronavt, dörd kosmik gəmi missiyasında iştirak etmiş Çarlz F. Bolden ilə Ümumdünya Kosmos Həftəsi çərçivəsində görüş keçiriləcəkdir.
Onlayn formatda təşkil olunacaq görüşə 4 oktyabr tarixində, Bakı vaxtı ilə 17:30-da qatılıb məşhur astronavta kosmos haqqında sizi maraqlandıran bütün sualları verə bilərsiniz.
Qeyd: Görüş ingilis dilində keçiriləcəkdir.
Çarlz F. Bolden haqqında: Çarlz F. Bolden NASA-nın keçmiş rəhbəri, Birləşmiş Ştatlar Dəniz Piyadaları Korpusunun təqaüdə çıxmış general-mayoru və dörd kosmik gəmi missiyasında iştirak etmiş keçmiş astronavtdır. 2009-cu ildə ABŞ Prezidenti Barak Obama Çarlz Boldeni NASA-nın 12-ci rəhbəri təyin etmişdir. Bununla Çarlz Bolden tarixə bu vəzifəni tutan ikinci astronavt kimi düşdü. 2009-2017-ci illərdə NASA-ya rəhbərlik edərkən Bolden bütün diqqətini Beynəlxalq Kosmik Stansiyaya (ISS) və aeronavtika texnologiyasının inkişafına yönəltdi. NASA-nın astronavtı kimi karyerası zamanı, Bolden 680 saatdan çox kosmosda uçaraq 4 kosmik gəmi missiyasında iştirak etmişdir. O, 1986-cı ildə Kolumbiya Kosmik Gəmisi (STS-61C) və 1990-cı ildə Kosmik Gəmi Kəşfi (STS-31) – Hubble Kosmik Teleskopunu yerləşdirən missiyanı idarə etmişdir. O, həmçinin 1992-ci ildə Atlantis Kosmik Gəmisi (STS-45) və 1994-cü ildə Kosmik Gəmi Kəşfi (STS-60) missiyalarının komandiri vəzifələrində çalışmışdır. Bolden eyni zamanda 1986-cı ildə “Challenger” kosmik gəmi qəzasından sonra Conson Kosmik Mərkəzində NASA-nın Təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.Onlayn görüş linki (012) 310 00 55

Ən Son Məqalələr

Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 341
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 386
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 57
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 59
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 54
“İkiqay” əsərinin mü...
Dövlət İmtahan Mərkəzində Könüllülük Qeydiyyatı davam edir
19 Oktyabr, 2025 - 17:04 224
Dövlət İmtahan Mərkə...