Bazar, 7 Sentyabr, 2025

Nəyi, niyə, necə qoruyaq?


  • Dərc edildi: 4 İyul, 2019 - 16:12
Nəyi, niyə, necə qoruyaq?

"Nəyiniyənecə qoruyaq" mövzusunda təşkil olunacaq mühazirə və müzakirə "Danışır Bakı" formatı çərçivəsində keçiriləcək tədbirlər silsiləsindən birincidir. Bakı şəhəri və ümumilikdə ölkəmiz memarlıq baxımından çox zəngin bir yerdir. Əsrlər və nəsillər boyunca ucaldılan abidələrimizin bir çoxu fərqli səbəblərə görə məhv olma təhlükəsi ilə üzləşir. Bunun məsuliyyəti həm səlahiyyətli dövlət qurumları, həm də yaranmaqda olan vətəndaş cəmiyyətinin üzərinə düşür. Sözügedən mühazirə və müzakirə, bina və şəhər mühitinin özünəməxsusluğu, dövlət tərəfindən rəsmi qorunan abidələr, onları qoruma mexanizmlərinin olub- olmaması, cavabdeh qurumlar, memarların rolu və sair mövzülar ətrafında olacaq. Bunun üçün bu mövzuda işlər görən icmaların nümayəndələri qonaqlarımız olacaq. Sadalanan mövzular geniş olduğundan birinci görüş daha çox tanışlıq xarakteri daşıya bilər. Tədbirin keçirilməsində əsas məqsəd Bakının memarlığı, tarixi və mədəniyyəti ilə maraqlanan insanları bir məkana toplayıb bir biri ilə tanış edib, bu yöndə yeni addımlar üçün istiqamət yaratmaqdır. Giriş sərbəstdir. Şəhərimizi sevən hər kəs dəvətlidir. mühazirəçi: Müslüm İmranlı Müslüm İmranlı. Memarlıq üzrə magistr. Şəhər strukturlarının və ənəvi(vernacular) memarlıq araşdırmaçısı. PİLLƏ memarlıq platformasının üzvü.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 645
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 217
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 251
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 58
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 145
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 896
2 günlük Lənkəran və...