Cümə axşamı, 9 Aprel, 2026

Ödənişsiz İKT təhsili almağa tələs! - Bütün regionlar üzrə Təqaüd Proqramı!


  • Dərc edildi: 11 Mart, 2024 - 14:02
Ödənişsiz İKT təhsili almağa tələs! - Bütün regionlar üzrə Təqaüd Proqramı!

Ödənişsiz İKT təhsili almağın üçün “Technest”in yeni dalğası başladı! Dövrün ən çox tələb görən sahələri üzrə karyera qurmaq istəyirsənsə yeni dalğaya qoşul! Həm də ödənişsiz əsaslarda təhsil al! ‍‍Azərbaycanın bütün regionlarından müraciətlərin aktiv olduğu “Technest”ə 13-65 yaş arası hər kəs qoşula bilər. Yeni dalğada proqramlaşdırma, dizayn, data elmləri, kibertəhlükəsizlik, rəqəmsal marketinq də daxil olmaqla onlarla ixtisas səni gözləyir. Karyeranı zirvəyə aparmağın tam vaxtıdır!   Daha ətraflı: “Technest” təqaüd proqramı informasiya kommunikasiya texnologiyaları sahəsində təqaüd verən milli təqaüd proqramıdır. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır. Belə ki, 2021-2022 tədris ilində 600-dən çox şəxsə, 2022-2023 tədris ilində isə 3000-dən çox şəxsə təqaüd ayrılmışdır. “Technest” təqaüd proqramı mütəxəssislərin hazırlanması məqsədilə İKT sahəsində ölkənin öndə gedən tədris mərkəzləri ilə əməkdaşlıq çərçivəsində ən tələbatlı İT kurslarına müsabiqə yolu ilə tələbə qəbulunu təşkil edir. Müsabiqə bir neçə mərhələdə həyata keçirilir: onlayn müraciət, tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və ən sonda müsahibə mərhələsi. Yalnız bütün mərhələlərdən uğurla keçmiş 13-65 yaş arası bütün Azərbaycan Respublikası vətəndaşları təqaüddən yararlana bilər.   ”Technest” Təqaüd proqramıdır. Seçim mərhələlərini uğurla keçdikdən sonra nəticənizə əsasən proqram tərəfindən 70%-90%-100% - dək təqaüd qarşılanır. Ödənişin yerdə qalan hissəsi isə təqaüdçü tərəfindən ödənilir. Regionlarda 100% təqaüd qarşılanır.   Siz müraciət etdikdən sonra müraciətinizə təhsil tərəfdaşlarımız tərəfindən baxılır. Daha sonra seçdiyiniz ixtisasa uyğun sizinlə texniki biliklərin yoxlanılması məqsədilə imtahan və yumşaq bacarıqların yoxlanılması üçün müsahibə keçirilir. Qəbul olan tələbələrə təhsil tərəfdaşlarımız tərəfindən məlumat göndərilir.   İxtisaslar əmək bazarının ehtiyaclarına uyğun olaraq müəyyən edilir. 2023-cü il üçün prioritet istiqamətlərimiz aşağıdakılardır: "DevOps" mühəndisliyi ; "Frontend" proqramlaşdırma - "Backend" proqramlaşdırma ; UX&UI dizaynı ; 3D dizayn ; Mobil proqramlaşdırma ; Qrafik və veb dizayn ; Şəbəkə inzibatçılığı ; Kibertəhlükəsizlik ; Məhsul sahibliyi və s. olub.   Azərbaycanın istənilən bölgəsindən müraciət edə bilərsiniz. Əlavə olaraq regionlarda keçirilən proqramlara da qoşula bilərsiniz.   13-65 yaş arası bütün Azərbaycan Respublikası vətəndaşları “Technest”ə müraciət edə bilər.   Müraciət edən şəxs eyni anda birdən çox tədris mərkəzi və proqram üzrə müraciət edə bilər. Qeydiyyat: https://technest.idda.az/new-appeal Elə indi https://technest.idda.az saytına keçid et və karyeranı birlikdə inşa edək! Qeydiyyat üçün son tarix: 7 aprel 2024 #Technest #Technest4cüdalğa Yenə əlavə suallarınız olarsa:

Əlaqə məlumatları

+994 12 310 14 00

[email protected]

Ünvan: Atatürk prospekti 89, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi | Bakı, Azərbaycan | AZ1069

◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾ ⚠️⚠️ Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz : WhatsApp Kanalımız: https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e WhatsApp Qrupumuz: https://chat.whatsapp.com/IWlB4C1IaneFi0Wnk6R3zC Teleqram kanalımız: https://t.me/EduOnlineAz Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 18
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 17
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 278
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 455
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 106
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 100
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1154
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 338
Məktəblilər üçün "FI...