Cümə axşamı, 9 Aprel, 2026

ODLAR YURDU UNİVERSİTETİNDƏ VAKANSİYALAR


  • Dərc edildi: 19 İyun, 2019 - 18:30
ODLAR YURDU UNİVERSİTETİNDƏ VAKANSİYALAR

Odlar Yurdu Universiteti 2019-2020-ci tədris ilindən başlamaqla Universitetin “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin tətbiq edilməsi, Keyfiyyətin Təminatı Mərkəzinin qarşıya qoyduğu 5 (beş) illik strateji plan üzrə tələblərin həyata keçrilməsi və eləcə də vahid elektron idarəetmə platforması olan “Elektron Universitet” modelinə keçidin təmin edilməsi məqsədi ilə gənc və peşakar müəllimlərin aşağıdakı ixtisaslar üzrə saat hesablı, yarım ştat və tam ştat olmaqla işə qəbulunu elan edir. Bakalavr səviyyəsi üzrə tədris; • Kompüter mühəndisliyi • İstehlak mallarının ekpertizası və marketinq • Beynəlxalq münasibətlər • Dünya iqtisadiyyatı • Mühasibat uçotu və audit • Maliyyə • Menecment • Marketinq • Biznesin idarəedilməsi • Dövlət və bələdiyyə idarəetməsi • Turizm və otelçilik • Kommersiya • Xarici dil müəllimliyi (ingilis) • Məktəbəqədər təlim və tərbiyə • Təhsildə sosial-psixoloji xİdmət • Filologiya (Azərbaycan dili və ədəbiyyatı) • Tərcümə (İngilis dili) • Sosial iş • Biologiya (Mikrobiologiya istiqaməti üzrə) • Psixologiya • Ekologiya • Dizayn (Memarlıq, interyer istiqamət üzrə) Magistratura səviyyəsi üzrə kadr hazırlığı: • Xarici dil müəllimliyi • Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili üzrə) • Filologiya • Azərbaycan dili • Azərbaycan ədəbiyyatı • Dünya iqtisadiyyatı • Beynəlxalq iqtisadi münasibətlər • Beynəlxalq maliyyə və valyuta-kredit münasibətləri • Maliyyə • Bank işi • Maliyyə nəzarəti və audit • Menecment • Menecment (təhsil, turizm, səhiyyə, ümumi menecment) • Marketinq (sahələr üzrə) MBA proqramı üzrə: • Biznesin idarə edilməsi Doktorantura səviyyəsi üzrə kadr hazırlığı: • Maye,qaz və plazma me

xanikası • Mikrobiologiya • Sistemli analiz,idarəetmə və informasiyanın işlənməsi • Dünya iqtisadiyyatı • Sahə iqtisadiyyatı • Dil nəzəriyyəsi • Ümumi psixologiya Tələblər: • Elmi dərəcəsi • İngilis və rus dillərində mükəmməl yazma və ünsiyyət qabiliyyəti • Tədqiqat - təhlil bacarıqları və vərdişləri • Müvafiq istiqamət üzrə ən azı 3 illik pedaqoji iş təcrübəsi • Təşkilati bacarıq, vaxt idarəçiliyi və yüksək səviyyəli ünsiyyət bacarıqları • Müasir tədris metodları üzrə sertifikatlar • Müvafiq xarici dil(lər) üzrə setifikatlar Əsas vəzifələr: • Bakalavr, Magistratura və Doktoranturada səviyyəsində təhsil alan tələbələrə təyin olunan fənlərin tədrisi • Universitet tədris standartlarına cavab verən fənlər üzrə sillabusların hazırlanması • Dərslər, elmi müzakirələr və sərbəst işlər üzrə materiallarının planlaşdırılması və hazırlanması • Akademik araşdırmaların aparılması, hazırlanmış materialların yerli və xarici elmi jurnallarda dərc etdirilməsi • Müvafiq Departamentlərə dərsdənkənar tədbirlər təşkilində iştirak etmək Qeyd: 1. Xaricdə təhsil almış, yüksək təcrübəyə malik, müasir tədrisin təşkili və qiymətləndirilməsi meyarlarına uyğun olan namizədlərə üstünlük veriləcək; 2. Müraciət edən namizədlər arasından müsabiqədə iştirak hüququ qazananların sənədlərinin yoxlanılması, müsahibəyə dəvət olunması və işə qəbul olunması məqsədi ilə Odlar Yurdu Universitetində Musahibə Komissiyası yaradılmışdır; 3. Namizədlərin peşəkarlıq səviyyəsindən asılı olaraq əməkhaqqı komissiya tərəfindən fərdi qaydada müəyyən ediləcəkdir. Maraqlanan namizədlər öz CV-lərini avqust ayının 15-nə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 18
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 17
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 278
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 455
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 106
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 100
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1154
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 338
Məktəblilər üçün "FI...