Cümə, 23 Oktyabr, 2026

“Öz biznesini yarat” təlimi


  • Dərc edildi: 12 Fevral, 2018 - 23:49
“Öz biznesini yarat” təlimi

Sahibkar olub öz həyatınızın memarı olmaq istəyirsiniz mi? Cavabınız müsbətdirsə, deməli artıq siz yolun yarısındasınız. Bazarda biznes inkişafı üçün bir çox təkliflər olsa da, sizi maraqlandıran suallara cavab tapmaq həmişə asan olmur. Həyatda ən mürəkkəb seçim atdığınız addımlarda ürəyinizin səsinə qulaq asa bilməkdir.Unutmayaq ki, hər uğurlu biznesin əsası sizin özünüzdən başlayır. Gördüyünüz iş sizi xoşbəxt etməlidir ki, öz qiymətli fikirlərinizi və maraqlı ideyalarınızı işinizə investisiya edə biləsiniz.Bu tip aktual mövzulara əsaslanan “Öz biznesini yarat” təlimində Elvin Dadaşsoy sadə qaydalara riayət edərək öz şəxsi biznesinizi qurmağın qaydalarını sizlərlə bölüşəcək. Elvin Dadaşsoy Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və Bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alıb. 2010-2011-ci illərdə marketinq meneceri kimi işə başlamış, top menecerə qədər uğurla irəliləmişdir.

2013-cü ildə Best Friends Təhsil və Karyera Mərkəzini, 2014-cü ildə isə məktəbəqədər hazırlıq mərkəzi olan Panda School brendini yaratmışdır. 2017-ci ilin iyulunda isə fərqli sahədə yatırım etmiş, “Phi Gallery” adlı gözəllik qalereyasını təsis etmişdir. Elvin Dadaşsoy həmçinin fərdi inkişaf və biznes yönümlü təlimlər keçir. 4 il ərzində müxtəlif şirkət, universitet və təşkilatlarda 50-dən çox təlim keçmişdir. Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla” proqramı üzrə sertifikatlı təlimçisidir. Təlim tam ödənişsizdir. Yerlər məhdud saydadır. Qeydiyat üçün link goo.gl/mDBMMW Qeydiyat üçün son tarix : 16 Fevral 2018 ci- il 17 fevral, 14:00 Əlaqə: +994513309933, Səriyyə Məlikova [email protected]

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 104
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 538
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...