Çərşənbə axşamı, 4 Noyabr, 2025

Özünlə Başla! Sabunçu Yay Məktəbi


  • Dərc edildi: 26 May, 2018 - 00:51
Özünlə Başla! Sabunçu Yay Məktəbi

Sabunçu Gənclər Evi Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubleyi münasibətilə gənclərin asudə vaxtının səmərəli təşkili mövzusunda 21-27 iyun tarixlərini əhatə edəcək “Özünlə başla!” yay məktəbi layihəsinə start verir. ”Özünlə başla!” yay məktəbinin məqsədi gənclərdə mühüm sosial və psixoloji səriştələri formalaşdırmaqdır. Gənclər evinin təcrübəli işçi və təlimçi heyəti ilə birgə dəvət olunan mütəxəssislərin hazırladığı yay məktəbinin 1 həftəlik proqramı iştirakçıların fiziki və zehni inkişafına şərait yaratmağa istiqamətlənir. İnteraktiv formada həyata keçirilən təlim mövzuları iştirakçıların dünya görüşünü genişləndirəcək, həm də onlara yeni həyati bacarıqların aşılanmasına yardımçı olacaqdır. Yay məktəbinin əsas mövzuları : 1. Sosial: • Sosial hüquqlar • Ətraf mühit və təkrar emal 2. Psixoloji: • İxtisas seçimi • Sağlam qida və gigiyena Tədris proqramının sonunda iştirakçılar sertifikatla təltif olunacaqdır. Yay məktəbində iştirak ödənişsizdir. Qida, təlim-tədris və asudə vaxtın səmərəli təşkili Sabunçu Gənclər Evi tərəfindən qarşılanacaqdır. Layihənin keçirilmə tarixi: 21-27 iyul, 10:00-17:00 Layihənin keçirilmə məkanı: Sabunçu Gənclər Evi İştirakçıların seçim meyarı: - 14-15 yaş arası Sabunçu rayonu ərazisində təhsil alan məktəblilər - Təlimdə davamlı olaraq iştirak etməyə imkanı olanlar İştirakçıların sayı məhduddur. Sən də yeniliklərə hazırsansa aşağıdakı keçiddən qeydiyyatdan keçə bilərsən. Qeydiyyat üçün keçid: www.yaymektebi.sge.az Son qeydiyyat tarixi: 31 may 2018-ci il Əlavə məlumat üçün: Ünvan: Yavər Əliyev küçəsi 91,Sabunçu, Bakı, Azərbaycan Telefon: (012) 425 60 21

Ən Son Məqalələr

Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 341
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 386
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 56
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 59
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 54
“İkiqay” əsərinin mü...
Dövlət İmtahan Mərkəzində Könüllülük Qeydiyyatı davam edir
19 Oktyabr, 2025 - 17:04 224
Dövlət İmtahan Mərkə...