Cümə axşamı, 9 Aprel, 2026

Paşa Həyat-da 2 Vakansiya - Son Gün!


  • Dərc edildi: 9 Mart, 2018 - 07:49
Paşa Həyat-da 2 Vakansiya - Son Gün!

1) Struktur bölmə: Maliyyə departamenti / İnzibati işlər şöbəsi Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq Vəzifə: Baş mütəxəssis Son müraciət tarixi: 09 fevral 2018-ci il İş saatları (iş rejimi): 09:00-18:00 Vəzifənin öhdəlikləri: 1. Şöbənin ümumi fəaliyyəti üçün təşkiledici və istiqamətverici funksiyaları yerinə yetirmək; 2. Şöbənin digər əməkdaşlarının (sürücü və xadimələrin) fəaliyyətinə nəzarət etmək; 3. Avtomobillərin texniki baxışdan keçməsinə, təmizliyinə, sığortalanmasına, təmirinə və normal iş fəaliyyətinə nəzarət etmək; 4. Lazım olan struktur bölmələrə xidməti görüşlər üçün avtomobillərin ayrılmasını təmin etmək; 5. Şirkətə aid məhsulların inventarizasiyasında iştirak etmək; 6. Sistem və qurğuların işinə nəzarət etmək və bağlanmış müqavilələr əsasında servis xidmətini və təmir işlərini təşkil etmək; 7. Ofisin su, istilik və elektrik enerjisi ilə fasiləsiz təminatına nəzarət etmək; 8. Ofisin təmizliyinə nəzarət etmək; 9. Şöbənin fəaliyyətinə aid sənədləri, hesabatları hazırlamaq; 10. Şöbənin fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən tapşırılacaq digər öhdəlikləri yerinə yetirmək. Namizədə olan tələblər: İş təcrübəsi: Sahə üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir, rus və ingilis dili arzuolunandır Kompüter bilikləri: MS Office Fərdi keyfiyyət tələbləri: Danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, təqdimetmə bacarığı, texniki işlərin planlaşdırılması və koordinasiyası, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı. İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası Vakansiya üçün müraciət qaydası: CV-lər “İnzibati işlər” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. ========================================== 2) Struktur bölmə: Hüquqi

təminat şöbəsi Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq Vəzifə: Mütəxəssis Son müraciət tarixi: 09 mart 2018-ci il İş saatları (iş rejimi): 09:00-18:00 Vəzifənin öhdəlikləri: 1. Cəmiyyətin struktur bölmələri, habelə filial və nümayəndəlikləri tərəfindən qanunvericiliyin tələblərinə, o cümlədən sığortaçının müvafiq daxili sənədlərində müəyyən edilmiş daxili prosedurlara uyğun fəaliyyətin həyata keçirilməsinə nəzarət etmək və bununla bağlı yoxlamaların aparılmasında iştirak etmək; 2. İdarəetmə orqanlarının qərarlarını, iclas protokollarını tərtib etmək; 3. Maliyyə bazarlarına nəzarət orqanı və digər qurumlardan layihə şəklində daxil olan qanun və digər normativ hüquqi aktlarlarla bağlı təkliflər hazırlamaq; 4. Qanunvericilik aktlarını və onlara olunmuş əlavə və dəyişiklikləri araşdırıb aidiyyəti struktur bölmələrə göndərmək, əməkdaşların normativ-hüquqi aktlarla tanış olmasını və onların tətbiq olunması prosedurunun izahını həyata keçirmək; 5. Cəmiyyətin bütün struktur bölmələrindən daxil olan hüquqi uyğunluq məsələləri üzrə sorğuları cavablandırmaq; 6. Maliyyə bazarlarına nəzarət orqanı və ya başqa təşkilatlara göndərilən, qanunvericiliyin tələbləri və ya başqa hüquqi məsələlərlə əlaqədar olan məktubları hazırlamaq və ya hazırlanması prosesinə hüquqi nəzarət etmək. Namizədə olan tələblər: İş təcrübəsi: Sahə üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur Təhsili/ixtisası: Ali hüquq təhsili Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilməlidir Kompüter bilikləri: MS Office Fərdi keyfiyyət tələbləri: Məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlmatın düzgün ötürülməsi bacarığı, yazı qabiliyyəti, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı. İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası Vakansiya üçün müraciət qaydası: CV-lər “Hüquqi təminat” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...