Cümə axşamı, 9 Aprel, 2026

Peşə Təhsil Mərkəzində işləmək istəyənlər üçün VAKANSİYALAR!


  • Dərc edildi: 9 İyun, 2018 - 02:36
Peşə Təhsil Mərkəzində işləmək istəyənlər üçün VAKANSİYALAR!

Peşə Təhsil Mərkəzində işləmək istəyən ixtisaslı mütəxəssislərin nəzərinə!

Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə aşağıdakı sahələr üzrə ixtisaslı mütəxəssislərin işə qəbulu elan edilir: • İKT (Veb-dizayn, şəbəkənin quraşdırılması və təmiri, proqramlaşdırma) • Avtomobil (Mühərrikin təmiri, korpusun təmiri və boyanması, elektrik ) • Mexanika (Ümumi mexanika, CNC-tornaçı və frezləmə dəzgahlarının işi, Auto CAD/CAM) • Sənaye sahəsində quraşdırma (Xüsusi qaynaq, qövs qaynaq santexnika) • Elektrik (PLC & İdarəetmə qurğusu, elektromontaj işləri, texniki xidmət) • Elektronika (Elektrik avadanlıqlarının təmiri, rəqəmsal-mikroprosessor, Analoq -ümumi elektron sxemlər) • Avtomatlaşdırma (İstehsal proseslərinin avtomatlaşdırılması, hidravlika, pnevmatika) • İnşaat (Auto CAD, dülgər, interyer) Müvafiq sahələr üzrə ali və ya orta ixtisas təhsilinə, həmçinin bu sahədə minimum 2 il iş təcrübəsinə malik olan mütəxəssislər işə qəbul üçün müraciət edə bilərlər. İşə qəbul olunan mütəxəssislərə 2 ay müddətində Bakıda koreyalı mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Mütəxəssislər növbəti 3 ay ərzində isə Koreyada keçirilən təlimlərdə iştirak edəcəklər. Təlimlər ödənişsizdir. Qəbul seçim yolu ilə aparılır. Seçim zamanı ingilis dilini bilən namizədlərə üstünlük veriləcək. Əmək haqqı yüksəkdir. İşləmək istəyən ixtisaslı mütəxəssislər iyulun 1-dək CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Ətraflı məlumat almaq üçün 599-12-77 telefon nömrəsi ilə əlaqə saxlamaq olar.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 340
Məktəblilər üçün "FI...