2023/2024-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbuluna start verilib Tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25420 yer üzrə aparılır. Son müraciət tarixi: 11 avqust Qeydiyyat linki: http://portal.edu.az/ Qəbul planı: https://rb.gy/lsk5z Ətraflı: 28 iyul tarixindən etibarən peşə təhsili müəssisələrinə 2023/2024-cü tədris ili üzrə tələbə qəbuluna başlayıb. Peşə təhsili almaq istəyən şəxslər 28 iyul - 11avqust tarixlərində “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. 2023/2024-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25420 plan yeri üzrə aparılacaq. Son müraciət tarixi 11 avqust 23:59-dur. Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və həmçinin, SMS vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar. Elektron qeydiyyatdan keçən zaman aşağıdakı sənədlər tələb olunur:
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb