Cümə axşamı, 9 Aprel, 2026

“Peşə təhsili: yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda konfrans


  • Dərc edildi: 14 Sentyabr, 2018 - 14:56
“Peşə təhsili: yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda konfrans

Sentyabrın 14-də “Peşə təhsili: yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib. Tədbirin keçirilməsində məqsəd peşə təhsili sahəsində yeniliklər və yeni dərs ilində qarşıda duran vəzifələrin müzakirəsi olub. Konfransda Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının əməkdaşları, peşə təhsili müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar tərəfindən peşə təhsili sahəsində həyata keçirilən layihələrin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən Amil Əlili ölkə başçısı tərəfindən peşə təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan bəhs edərək, bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər və əldə olunan uğurlu nailiyyətlər barədə ətraflı məlumat verib. Amil Əlili peşə təhsili və təliminin inkişa

fına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrasının və "Peşə təhsili haqqında" Qanunun qəbul edilməsinin bu sahənin inkişafına töhfə verəcəyindən, əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadr hazırlığını həyata keçirən çevik və bazaryönümlü peşə təhsili sisteminin yaradılmasının vacibliyindən danışıb. Yeni tədris ilində qarşıda duran məqsəd və vəzifələri xüsusi qeyd edən Amil Əlili iştirakçılara uğurlar arzulayıb. Tədbirdə peşə təhsilində normativ hüquqi bazanın təkmilləşdirilməsi, dövlət-özəl əməkdaşlığı, işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, yeni kurikulumların tətbiqi, dayanıqlı və çoxmənbəli maliyyələşdirmənin formalaşdırılması, peşə təhsili sahəsində həyata keçirilən layihələrin əsas istiqamətləri barədə məruzələr dinlənilib. Tədbirin sonunda qarşıda duran vəzifələri vaxtında və keyfiyyətlə icra etmək, mövcud problem və nöqsanları aradan qaldırmaq üçün peşə təhsili müəssisələrinin rəhbərlərinə tövsiyə və tapşırıqlar verilib.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 22
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 460
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 110
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1156
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 621
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 341
Məktəblilər üçün "FI...