Gənclər ali təhsillərini bitirdikdən sonra karyera qurmağa ilk addımlarını atmağa başlayır və təcrübəsizlik onların yolunda ən böyük maneələrdən biri olur.
Bravo Azərbaycanın ən sürətli inkişaf edən qida və qeyri-qida pərakəndəçisi əhaliyə yeni mağazalar istifadəyə verməklə yanaşı gənclərin inkişafı üçün də müvafiq addımlar atmaqdadır. Gəncləri hədəfləyən maraqlı və faydalı layihə olaraq tələbələr üçün 'Praktikum' Yay Təcrübə Proqramı təşkil edir.
'Praktikum' tələbələrin təhsil zamanı öyrəndiklərinin işgüzar həyatda tətbiqini, korporativ mühitlə və biznes proseslərlə yaxından tanış edib, şirkət peşəkarları tərəfindən təlimatlanıb, yay aylarında işləmək imkanı verir.
18 yaşdan yuxarı bakalavr/magistr tələbələri və 2017-2018-ci illərdə məzun olmuş gənclər
Maraqlanan gənclər 15 May 2018-ci il tarixinədək öz müraciətlərini xüsusi formanı dolduraraq [email protected] elektron ünvanına göndərə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb